Loading...

Milli Məclis komitələrinin birgə iclasında ölkəmizdə koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət müzakirə edilib

04.02.2021, 05:59

Fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin səhiyyə və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn toplantını giriş sözü ilə açan səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov koronavirus infeksiyasının mövcudluğunun dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də hər kəsi narahat etdiyini deyib. Bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan bu tədbirin məqsədi ölkəmizdə pandemiya şəraitində ümumi vəziyyətin, həyata keçirilən mübarizə tədbirlərinin müzakirə olunmasıdır. Əhliman Əmiraslanov qeyd edib ki, COVID-19 infeksiyasının qarşısının alınması və təhlükəsiz idarə olunması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən il Azərbaycanda bununla bağlı böyük işlər görülüb.

Komitə sədri məsələ ilə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklərin edildiyini diqqətə çatdırıb. Hazırda koronavirusla bağlı vəziyyətin sabit olduğunu, sağalma hallarının yoluxmanı üstələdiyini bildirən komitə sədri vurğulayıb ki, heç bir şəkildə arxayınlaşmaq və profilaktik müdafiə tədbirlərini zəiflətmək olmaz.

Onlayn iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında vacib element olduğunu diqqətə çatdırıb. O, 2020-ci ildə Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsinin gedişatı ilə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, ötən il 23 rayonda icbari tibbi sığorta tətbiq olunub, tibbi xidmətlər zərfində nəzərdə tutulan xidmətlərdən həmin rayonların əhalisinin təqribən 50 faizi istifadə edə bilib. Zaur Əliyev əhalinin göstərilən xidmətlərdən çox məmnun qaldığını da vurğulayıb.

Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova icbari tibbi sığorta haqqında qanunvericiliyə təklif edilməsi nəzərdə tutulan dəyişikliklərdən danışıb.

Onlayn dinləmədə çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı qurumun pandemiya dövründə gördüyü işlər, xəstəliyin müəyyən olunması, müalicənin aparılması, infeksion nəzarət və izolyasiya, icra, koordinasiya və nəzarət qruplarının fəaliyyəti, vaksinasiya prosesi barədə ətraflı məlumat verib.

TƏBİB rəhbəri çıxışında bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd-buraxılış məntəqələrində prosesin idarə olunması, xəstələrə psixoloji dəstək xidmətləri, beynəlxalq əməkdaşlıq məsələlərindən geniş söhbət açıb. Bildirilib ki, pandemiya dövründə ölkəmizdə çarpayı fondu 2046 olan modul tipli 12 yeni xəstəxana, 570 çarpayı yerlik Yeni Klinika istifadəyə verilib. Ötən il ərzində tibb müəssisələri 4474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib. COVID-19-la mübarizə məqsədilə ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurulub, çoxsaylı birgə layihələr həyata keçirilib.

Dinləmədə çıxış edən Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Məlahət İbrahimqızı, İlham Məmmədov, Mahir Abbaszadə, Məşhur Məmmədov, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev ölkəmizdə virusla mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib, bu tədbirlərin infeksiyanın yayılmasının qarşısının alınmasında böyük rol oynadığını bildiriblər. Çıxışçılar dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Diqqətə çatdırılıb ki, yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması demək deyil və bu, insanları arxayınlaşdırmamalıdır.

Onlayn toplantıda deputatları maraqlandıran suallar cavablandırılıb.

Dinləmədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Fəzail İbrahimli, deputatlardan Ziyad Səmədzadə, Rəşad Mahmudov, Ülvi Quliyev, Vüqar Bayramov, Rüfət Quliyev, İqbal Məmmədov, Anatoliy Rafailov, Soltan Məmmədov, Kəmaləddin Qafarov, Səhiyyə Nazirliyinin səhiyyənin təşkili şöbəsinin müdir əvəzi Teymur Musayev və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri