Loading...

Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutu tibb və qeyri tibb işçilərini təlim proqramında iştiraka dəvət edir

06.04.2021, 12:52

Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutunun təşkilatçılığı ilə  1 İyun-16 İyul 2021-ci il tarixlərində Tibbi Koreya Akademiyası onlayn təlim proqramı təşkil olunacaq.

Təlim proqramı klinik fəaliyyətlə məşğul olan tibb işçiləri, səhiyyədə informasiya və kommunikasiya texnologiyaları üzrə çalışan tibb və qeyri-tibb mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Təlim proqramı ingilis dilində keçiriləcək.

Təlim proqramı aşağıdakı kurslardan ibarətdir:

Cərrahi bacarıqlar üzrə:

  1. Hepatobiliar və mədəaltı vəz cərrahiyyəsi
  2. Qastrointestinal cərrahiyyə
  3. Kolorektal cərrahiyyə

Daxili xəstəliklər üzrə :

  1. Endoskopiya bacarıqları
  2. Exokardioqrafiya bacarıqları
  3. İnfeksiyaya nəzarət bacarıqları

Qeyri-tibbi tədris üzrə kurs:

  1. Səhiyyədə informasiya və kommunikasiya texnologiyaları üzrə kurs

Kurs aşağıdakı mövzuları əhatə edəcəkdir:

  • Səhiyyədə informasiya və kommunikasiya texnologiyaları (İKT)
  • Elektron tibbi qeydiyyat sistemi
  • Səhiyyədə böyük məlumat bazası (Big Data) və süni intellekt (AI)
  • Səhiyyədə IoT və 5G sisteminin tətbiqi
  • Dəqiq təbabət təşəbbüsü (PMI - Precision Medicine Initiative)

Təlim proqramına qeydiyyat ödənişsizdir. Hər bir kurs 20 mühazirədən ibarətdir. Bir mühazirə təxminən 1 saat davam edir.

Təlim proqramında iştirak etmək üçün  anketrazılıq formasını doldurub 30 aprel 2021-ci il tarixinə qədər qeyd edilən elektron poçt ünvanlarına (mkaglobal@khidi.or.kr, djafarli@its.gov.az ) təqdim etmək lazımdır.  

Son xəbərlər

Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri