24.06.2021, 09:34
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu Azərbaycanın tibb işçiləri üçün “COVID-19-a qarşı AstraZeneca AZD1222 peyvəndi” mövzusunda vebinar keçirəcək.
Vebinarın məqsədi AstraZeneca AZD1222 peyvəndi haqqında yenilənmiş məlumatları təqdim etmək, tibb işçilərinin bu peyvəndlə bağlı suallarını cavablandırmaq və onları COVID-19-a qarşı peyvəndləmə ilə bağlı ÜST-ün pasiyentlə ünsiyyət bacarıqlarının təkmilləşdirilməsinə dair resursları ilə tanış etməkdir.
Vebinar Azərbaycan və Rus dillərinə tərcümə ediləcək. Vebinarın sonunda iştirakçılara təqdimatlar veriləcək.
Vebinar 25 iyun 2021-ci il tarixində, saat 14:00-da başlanacaq və iki saat davam edəcək.
Vebinara qoşulmaq üçün keçidə daxil olun: https://who.zoom.us/j/96253679294
Meeting ID: 962 5367 9294
Passcode: 6R61.gJ?
QEYD. Vebinara qoşulmaq üçün keçid 25 iyun 2021-ci il, saat 13:30-dan etibarən aktiv olacaq.
Vebinarın gündəliyi ilə keçiddən tanış ola bilərsiniz. Vebinara qoşulmadan öncə təlimatla tanış olmağınız xahiş olunur.