11.08.2021, 11:17
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri”nin satınalınması üzrə keçirilmiş açıq tender prosedurunun qalibləri 3 iddiaçı “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti və “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. 02.08.2021-ci il tarixində Agentlik ilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 051 911.00 (bir milyon əlli bir min doqquz yüz on bir manat 00 qəpik) manat, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti arasında 1 283 625.83 (bir milyon iki yüz səksən üç min altı yüz iyirmi beş manat 83 qəpik) manat və “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 1 579 588.12 (bir milyon beş yüz yetmiş doqquz min beş yüz səksən səkkiz manat 12 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.