Loading...

Zaur Əliyev: Həkimləri bölgələrdə işləməyə cəlb edəcək layihə hazırlanır

11.07.2019, 14:32

İcbari tibbi sığortanın gələn ildən etibarən ölkəmizdə tətbiqi ilə əlaqədar hazırlıq işləri aparılır. Hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, sığortalılar xəstəxanaya gəldiyi halda onların qeydiyyatının elektron şəkildə aparılması və göstərilən xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bunun əsasında agentlik ödənişi həyata keçirə biləcək.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında söyləyib.

Z.Əliyev deyib: “Bu istiqamətdə hər hansı bir gecikmə müşahidə olunmur, bütün xəstəxanalarda intensiv iş gedir. Digər məsələ normativ hüquqi baza ilə bağlıdır və o aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Yaxın bir ay ərzində bu prosesin bitəcəyi və sənədlərin təxminən sentyabrda təsdiqlənəcəyi gözlənilir. Bundan sonra ictimaiyyətə qaydalar haqqında ətraflı məlumat veriləcək. Həmçinin gələn ildən xəstəxanalarda 20-yə yaxın keyfiyyət standartı tətbiq etməyə çalışacağıq. Keyfiyyət standartlarını uğurla həyata keçirə bilən xəstəxanalara əlavə maliyyə vəsaiti ayrılacaq”.

Agentliyin İdarə Heyətinin sədri gələn ildən Azərbaycanda həkimlərin əməkhaqqının artacağını və bu artımın iki hissədən ibarət olacağını qeyd edib: “Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əməkhaqqı pilot layihədəkindən fərqli olacaq. Çünki pilot layihənin icrası zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdirəcəyik. Bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olunacaq.

Bununla yanaşı, hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrdə işləməyə cəlb edəcək üçün layihə üzərində işləyirik. Bölgələrə işləmək üçün gedən həkimlərə müəyyən paketlərin verilməsi, əməkhaqqında fərqlərin olması ilə bağlı təklifləri müzakirə edilir".

“İcbari tibbi sığorta ilə bağlı həyata keçirilən pilot layihədə müraciətlərin sayından asılı olaraq xidmətlər zərfinə müəyyən dəyişikliklər edilib. Dəyişikliklər arasında süni mayalanma və orqan köçürmələri də var. Bunlar böyük vəsait tələb edən sahələrdir. Hesablamalar göstərir ki, gələn ildən limitli şəkildə onların icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi mümkündür. Hazırda onların xidmətlər zərfinə daxil edilməsi təklif olunub. Təkliflər öz təsdiqini tapdıqdan sonra əminliklə deyə biləcəyik ki, həmin istiqamətlər üzrə nə qədər və hansı növbə ilə xidmət etməyi gözləyirik. Çünki burada növbəlilik düzgün, ədalətli şəkildə tənzimlənməlidir ki, ən çox ehtiyacı olan vətəndaşlar həmin xidmətlərdən yararlana bilsinlər", - deyə Z.Əliyev diqqətə çatdırıb.

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri