21.09.2021, 09:15
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 12 ay müddət üzrə investisiya xidmətlərinin satın alınması məqsədilə təkliflər sorğusuna dəvət edir.
Müsabiqə iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə, iki nüsxədə (üzərində əsli və surəti yazılmış) yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Təqdim ediləcək xidmətlərin dəyəri;
- Təkliflər sorğusu ilə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər:
Əlaqələndirici şəxs – Əhmədağa Salayev
Telefon: (012) 310-07-70 (daxili nömrə- 2011);
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binası).
Azərbaycan Respublikasından olan iddiaçıların təkliflər sorğusu üzrə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalıdır. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 06.10.2021-ci il saat 18:00-dək, qiymət təklifi və təklifin təminatını isə 08.10.2021-ci il saat 15:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 08.10.2021-ci il saat 15:00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasında açılacaqdır. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.