İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə sahibkarlarla görüş keçiriləcək
25.04.2019, 11:46
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 02.05.2019-cu il tarixində “İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala” mövzusunda dəyirmi masa keçiriləcəkdir.
İcbari tibbi sığorta sosial layihə olaraq əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.
Dəyirmi masada müzakirə olunacaq mövzular:
- Azərbaycanda icbari tibbi sığortanın tətbiqi: 2020-ci ilə hazırlıq
- İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri
- Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu
Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://sahibkarliq.typeform.com/to/DF7fyB
Tədbirin vaxtı: 02 may 2019-cu il, saat 10:00 – 13:00
Tədbirin keçiriləcəyi yer: Nizami küç., 90A, Landmark III
Son xəbərlər
Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu