Loading...

Əhliman Əmiraslanov: İcbari tibbi sığortanı həyata keçirməklə əhaliyə tibbi yardımın səviyyəsini kifayət qədər yüksəldə biləcəyik

02.07.2019, 12:32

“Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Bunlardan biri də icbari tibbi sığortanın tətbiqidir.

“İcbari tibbi sığortanı həyata keçirməklə əhaliyə tibbi yardımın səviyyəsini kifayət qədər yüksəldə biləcəyik.Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Bu qanun çox köhnə olduğuna görə, bu gün icbari tibbi sığortanı həmin qanun əsasında həyata keçirmək mümkün deyildi. Demək olar, bu qanun tamamilə yeniləndi, 100-dən artıq dəyişiklik edildi. Məntiq tələb edirdi ki, icbari tibbi sığorta haqqında yeni qanun olsun. Amma vaxtımız az olduğundan bunu hazırlamaq, 3 oxunuşda həyata keçirmək vaxt tələb edirdi. İcbari tibbi sığortanın tətbiqini sürətləndirmək üçün həmin qanuna dəyişiklikləri etdik, icbari tibbi sığortanın hüquqi bazasını yaratdıq. Çünki yaxşı hüquqi bazası olmasa, bunu həyata keçirmək mümkün olmazdı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə çox sıx işləyirik. Güman ki, iş prosesində qanuna müəyyən dəyişikliklər etməyə yenə ehtiyac olacaq. Biz həmişə hazırıq. Əminəm ki, yeni qanunvericilik bazasının yaradılması icbari tibbi sığortanın tətbiqini sürətləndirəcək.Yeni yaradılan TƏBİB adlı qurum İcbari Tibbi Sığorta Agentliyinin tərkibində bilavasitə icbari tibbi sığortanı həyata keçirən təşkilatdır. Bu il, ölkə başçısının sərəncamında da qeyd olunduğu kimi, ölkə üzrə bütövlükdə icbari tibbi sığortaya keçmək üçün bütün lazımi tədbirlər görüləcək. İndi xəstəxanaların, poliklinikaların xüsusi proqramı hazırlanır. Bütün xəstəxanalar, poliklinikalar bir mərkəzdə cəmləşməlidir. İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində həkimlərin əməkhaqqı da hökmən artacaq. Bu çox sosial yönümlü proqramdır və həyata keçirilməsi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini çox yüksəldəcək”-deyə, komitə sədri vurğulayıb.

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri