09.04.2019, 09:47
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il dördüncü qrant müsabiqəsini elan edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqəsində iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
SN | Müsabiqə mövzusunun istiqaməti | Bir layihə üçün maksimum məbləğ (Manatla) |
1. | Bloggerlik/Vloggerlik fəaliyyətinin genişləndirilməsinə dair təşəbbüslər | 10 000,0 |
2. | Xarici televiziyalarda Azərbaycanla bağlı verilişlərin və reportajların hazırlanmasına dair təşəbbüslər | 15 000,0 |
3. | Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin beynəlxalq arenada dəstəklənməsinə dair təşəbbüslər | 15 000,0 |
4. | İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi | 10 000,0 |
5. | Televiziyalarla birgə (internet televiziyaları istisna olmaqla) ictimai əhəmiyyət kəsb edən məsələlərə dair sosial çarxların və verilişlərin hazırlanması | 10 000,0 |
6. | Sosial media üzrə bilik və bacarıqların artırılmasına dair təşəbbüslər | 10 000,0 |
7. | Dənizkənarı ərazilərdə (çimərlik) ətraf mühitdəki mövcud ekosistemin və müvafiq infrastrukturun monitorinqinə dair təşəbbüslər | 10 000,0 |
8. | Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər | 10 000,0 |
9. | Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi | 10 000,0 |
10 | Məişət zorakılığı ilə mübarizə sahəsində təşəbbüslər | 10 000,0 |
11 | İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair təşəbbüslər | 10 000,0 |
12 | Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının dəstəklənməsinə dair təşəbbüslər | 10 000,0 |
13 | Yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinə dair təşəbbüslər | 10 000,0 |
14 | İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər | 10 000,0 |
15 | Bələdiyyə seçkiləri ilə bağlı seçicilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə dair təşəbbüslər | 10 000,0 |
Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlliilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.
Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 6 ayadək ola bilər.
Qrantın məbləği
Müsabiqə mərhələləri
Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 8 aprel 2018-ci il tarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır:
Bu mərhələ 5 aprel–3 may 2019-cu il saat 18.00-dək müddəti əhatə edir.
Bu mərhələ 8 aprel–3 may 2019-cu il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
Bu mərhələ 8 aprel- 13 may 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
Bu dövr 14 may - 07 iyun 2019-cu il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və ekspertlər tərəfindən onlayn qaydada qiymətləndirilir.
Müsabiqə qalibləri 2019-cu il iyunun 14-dən sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 12 aprel 2019-cu il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, 2-ci mərtəbə) keçiriləcək.
Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla (http://e-qht.az/news/one/68) tanış olmaq olar.
Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçisi Elnur Bağırlıya müraciət etmək olar.
Tel/faks: (012) 493 17 32/80 (daxili nömrə:270).
E-mail: ebagirli@cssn.gov.az
Ətraflı məlumatı linkdən əldə etmək olar: https://bit.ly/2U7puf0