Loading...

Vətən fədailərinin ailələrinə sevgi borcumuz

17.03.2022, 17:55

 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin igidliyi, rəşadəti sayəsində tariximizə yazılmış şanlı səlnamədir. Bu gün ölkəmizin hər yerində Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, övladlarına mərhəmətlə, qayğıyla yanaşmaq, sosial qayğılarının həlli üçün əlindən gələni etmək  hər vətəndaşın ictimai və mənəvi borcudur. Fəxr və qürurla deyə bilərik ki, şəhid ailəsi adı hər bir azərbaycanlı üçün müqəddəsdir, toxunulmazdır və onların rifahı üçün bütün zəruri tədbirlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması prioritet sahədir. Odur ki, ölkəmizdə aparılan bütün sosialyönümlü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, ilk növbədə şəhid ailələri və qazilər durur. Müharibədən sonra şəhid ailələri, qazilər və erməni terrorundan zərər çəkən ailələr dəfələrlə maddi yardımla, ərzaq dəstəyi ilə təmin olunub, mənəvi-psixoloji yardım alıblar.  Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli fərmanı ilə Vahid Əlaqələndirmə Mərkəzləri yaradılıb ki, burada şəhid ailələrinə, qazilərə, “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında xidmətin təqdim edilməsinə imkan verir.

Yevlax rayonu da Vətən müharibəsində verdiyi 65 şəhidin ailəsini, övladlarını və qazilərini əl üstündə tutur, hər birinə fərdi yanaşır, bayramlarda adlarını anır, qapısını açır, məşğulluqlarına dəstək olaraq işlə təmin edir. Bayram günlərində rayonumuzda hər şəhid ailəsinin evi ziyarətgaha çevrilir. İstər rayon rəhbərliyi, müəssisə və təşkilatlar, məktəblər olsun, istərsə də ictimaiyyət, hər kəs onların yanında olmağı özünə borc, həm də şərəf bilir. 

Bu gün “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindəyəm. Yadıma Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair iki pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli fərmanı düşür. O zaman çox qürurluydum ki, Yevlax icbari tibbi sığortanın tətbiqinə start verilən iki pilot ərazidən biridir. Və uzman doktor Azər İsmayılov direktor olduğu gündən komandası ilə birlikdə icbari tibbi sığortanın hədəflərinə çatmaq üçün səhiyyəmizlə bağlı çox maraqlı, lazımlı layihələrə imza atdılar. Ən başlıcası insanlarda bu yeni sistemə olan güvənc duyğusunu gücləndirdilər. Vətəndaşlar öz sağlamlıqlarını indi daha böyük inamla, məmnunluq hissi ilə yevlaxlı tibb işçilərinə etibar edirlər. Və uzun illər Yevlax səhiyyəsində çalışan, hər kəsin şəxsiyyətinə böyük hörmət etdiyi «Tərəqqi» medallı həkim Fazil İsmayılovun irəli çəkilərək başqa vəzifəyə təyin olunmuş Azər İsmayılovu əvəzləməsi çox ürəyimcə oldu. Çünki inanırdım ki, estafet etibarlı əllərə verilib. Fazil həkimi yaxından tanıdığımdan bu yüksək etimadı doğruldacağını bilirdim.

Bu gün yenə də bir jurnalist kimi sevdiyim kollektivin qonağıyam. Və təsadüfən gözəl bir işin şahidiyəm.Bu gün öz şəhid izini torpağa salan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə «III dərəcəli Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda» və «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltif olunmuş şəhid Yusifbəyli Yusif Sabir oğlunun anası, ciddiliyi, sağlam düşüncəsi, dərdə dözmək bacarığı ilə fərqlənən Mehriban xanım Abbasova «Yevlax rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdə işlə təmin olunur. Direktor Fazil İsmayılov əmri imzalayır, iş yoldaşları ilə birlikdə xanımı kollektivə təqdim edir. Yevlax Səhiyyə İşçiləri Həmkarlar Şurasının sədri Nurlana Məmmədova isə sovqatlardan ibarət bayram xonçasını şəhid anası Mehriban xanıma təqdim edir. 

Hər şəhid ailəsinə böyük həssaslıqla yanaşan publik hüquqi şəxsin direktoru Fazil İsmayılov isə “Şəhid ailəsinin yeri gözümüzün üstündədir” deyir. Mehriban xanım da onu canla-başla qarşılayan kollektivdən razlıq edərək, hər kəsə minnətdarlığını bildirir: “Bundan sonra bu qayğıkeş kollektivlə çalışacam. Burada xeyli şəhid ailəsi çalışır. İş üçün müraciət edən şəhid ailələrini və qaziləri heç düşünmədən, çox böyük hörmətlə işə qəbul edirsiniz”, dedi.  Ona göstərilən dürlü-dürlü qayğılardan məmnunluqla danışır, Müzəffər Ali Baş Komandanımıza olan sonsuz məhəbbətindən söhbət açır. 

Bu müəssisədə belələri çoxdur. Şəhid ailələrindən Vəkalət, Aynurə, Səfalə, Gülnarə, Nailə, Səidə, Afət, Nargilə, Zenfira, Sənan, Sürəyya, Xalıqverdi, Xuraman, Arzu, Yasəmən bu qəbildən olan insanlardandır. Və bu gün başda Fazil həkim olmaqla qurumun digər məsul əməkdaşları bu insanların hər birinin ailəsinə baş çəkir, onları bayram xonçası ilə sevindirir, Novruz münasibəti ilə təbrik edirlər. Nə gözəl… 

Mən bu yanımcıllığa, əslində imkanı olan hər kəsin belə addımına minnətdarlıqdan başqa söz tapmıram. Və istər-istəməz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu fikirlərini xatırlayıram: - «Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır. Bu kateqoriyaya aid olan insanların məşğulluğunun təmin olunması, əlbəttə ki, həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir. Mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin». Bu, həqiqətən belədir. Və mən bu fikirlərdə əks olunan həqiqəti «Yevlax rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdən ayrılarkən bir daha böyük qürur hissi ilə təsdiq etdim.    


Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri