Loading...

Agentliyin İdarə Heyətinin sədri Qubada vətəndaşları qəbul edəcək

07.04.2022, 16:56

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 25 aprel 2022-ci il tarixində saat 10:00-dan başlayaraq Quba rayon Mərkəzi Xəstəxanasında (Ünvan: Quba şəhəri, F.Xoyski küçəsi 10 D, 2-ci mərtəbə, konfrans zalında) Quba və Qusar rayon sakinlərini qəbul edəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Quba rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ümumi şöbəsinə, Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ümumi şöbəsinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 21-11) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Qəbula qeydiyyat 24 aprel 2022-ci il, saat 18:00-da başa çatır.  

Son xəbərlər

Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri