Loading...

1 manat ödəmədən bu tibbi xidmətlərdən istifadə edin

05.05.2022, 16:45

Azərbaycanda bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Lakin bəzi vətəndaşlar buna dırnaqarası yanaşır, inanmır və öz bildiyi yollarla müayinə və müalicə olunmağa üstünlük verirlər.

Ötən gün belə vətəndaşlardan biri ölkədə pulsuz tibbi xidmətin həqiqətən mövcud olub-olmamasını şəxsən dəqiqləşdirmək qərarına gəlib. BAKU.WS-in "qaynar xətti"nə məlumat verən vətəndaş bir manat ödəmədən necə dərdinə əlac tapmasından danışıb.

O bildirib ki, bir müddət öncə bədən nahiyəsindən zərbə alıb və şiddətli ağrıdan əziyyət çəkib. Bu səbəbdən pulsuz tibbi sığortadan istifadə etməyi qərara alıb. M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasına yollanıb və lazım olan tibbi xidmətlərdən (həkim müayinəsi və rentgen xidməti) pulsuz istifadə edib. Bunun üçün isə ona sadəcə şəxsiyyət vəsiqəsinin üzərində olması yetərli olub.

Məlumat üçün bildirək ki, ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.

Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin siyahısı

Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda, vətəndaşlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.

Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı

 

Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz.

Təcili və təxirəsalınmaz tibbi yardım üçün göndəriş vərəqəsi olmadan birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət edə bilərsiniz. Burada Sizə göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, Agentlik tibbi xidmətin dəyərini qarşılayır.

Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər

Sizə lazım olan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu aşağıdakı elektron axtarış sistemi vasitəsi ilə müəyyənləşdirə bilərsiniz.

(baku.ws)

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri