13.05.2022, 14:36
I Hissə Açıq tender prosedurları
I Bölmə Açıq tenderə dəvət
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanından (Əlaqələndirici şəxs: Cavid Əliyev, Telefon: +99412 310 07 70 (daxili 2027), E-mail: jaliyev@its.gov.az) ala bilərlər.
Tender 1 lot üzrə keçirilir:
LOT-1. “Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlər”in satın alınması.
İştirak haqqı:
LOT-1. 2500.00 (iki min beş yüz) manat;
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs
VÖЕN: 1701911851
Hеsab: AZ52AIIB38090019440013375105
Bank: Kapital Bank ASC Səbail filialı
Bankın VÖЕN-i: 9900003611
Kоd: 200059
Müxbir hеsabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T.BIK –AIIBAZ2X
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 17.06.2022-ci il saat 15:00-a qədər, tender təklifi və tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.06.2022-ci il saat 15:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklifləri 29.06.2022-ci il saat 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsində açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI