Loading...

Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb

23.08.2019, 15:44

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibb işçiləri üçün ikigünlük təlim keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin ilk günündə agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə icbari tibbi sığortanın Şərur rayonunda 2019-cu il iyunun 1-dən tətbiq olunmağa başlandığını bildirib. Qeyd edilib ki, təlimin keçirilməsində məqsəd Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarında çalışan tibb işçilərini icbari tibbi sığortanın tətbiqi qaydaları, bununla bağlı klinik protokollara uyğun tibbi xidmətlərin təşkili, agentliyə təqdim olunacaq hesabatların forması, hazırlanması və təqdim edilməsi qaydaları barədə məlumatlandırmaqdır.

Agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Təranə Babayeva sığortaolunanın tibb müəssisəsi tərəfindən qəbul edilməsi və qeydiyyatının aparılması haqqında məlumat verib. Səhiyyə və sosial-iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Nazəni Rüstəmli “Aylıq hesabatların tərtib və təqdim olunma qaydalarının izah edilməsi”, Maliyyə və təsərrüfat sektorunun müdiri Nicat Əsgərov “İcbari tibbi sığortanın maliyyələşmə formaları və nümunəvi hesabat formalarının təqdim edilməsi” mövzularında slaydlar vasitəsilə ətraflı məlumat veriblər. Sonra tibb işçiləri ilə birlikdə mövzular müzakirə edilib.

Növbəti gün isə agentliyin əməkdaşları Təranə Babayeva “Agentlik əməkdaşları ilə xəstəxana işçilərinin qarşılıqlı iş prinsipləri, göndərişlərin yazılması və qeydiyyatının aparılması, icbari tibbi sığortanın prinsipi, məqsədi, əhaliyə göstərdiyi xidmətlər”, Çilənay Qurbanlı isə “İcbari tibbi sığortada klinik protokollara uyğun tibbi xidmətlərin təşkili” mövzularında slaydlar vasitəsilə məlumat veriblər.

(Azərtac)

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri