Loading...

Musa Quliyev: "İcbari tibbi sığorta gələn ildən fəaliyyətə başlayacaq"

20.09.2019, 16:32

Musa Quliyev: “Bir qrup həkim icbari tibbi sığortanın tətbiqini istəmir"

“İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyədə uzun illərdir həllini tapa bilməyən problemlər aradan qaldırılacaq”.

Bunu icbari tibbi sığorta ilə bağlı APA -ya açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, icbari tibbi sığorta bütün dünyada səhiyyənin maliyyələşməsinin və idarə edilməsinin ən optimal və sınaqdan çıxmış modelidir:

“İcbari tibbi sığortaya keçid Azərbaycan üçün labüddür. Neçə ildir ki, bu məsələ üzərində iş gedir. Prezident İlham Əliyevin bununla bağlı fərman və sərəncamları var. Əvvəlcə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, daha sonra publik hüquqi şəxs yaranıb, qanunlara yüzə yaxın dəyişiklik olub. İcbari tibbi sığorta pilot layihə kimi 3 rayonda fəaliyyət göstərir. Bununla bağlı çox gözəl təcrübə və nəticələr var. Gələn ildən artıq Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib. Burada bir çox dünya ölkəsinin təcrübəsi toplansa da, sırf Azərbaycan modelidir, heç bir ölkənin 100 faizlik istifadə edilən modeli deyil. Burada Azərbaycan reallığı, əhalinin məşğulluğu, əməkhaqqı gəlirləri, ölkədə tibbin problemləri, üstünlükləri və s. bir sıra nüanslar nəzərə alınıb. Təbii ki, ilk başlayanda 6 ay, 1 il müəyyən çətinliklər, problemlər ortaya çıxacaq. Amma bunlar hamısı həll olunası məsələlərdir”.

Musa Quliyev bildirib ki, əhalinin icbari tibbi sığortaya çox ehtiyacı, ümidi və ciddi gözləntiləri var: “Hesab edirəm ki, icbari tibbi sığorta gələn ildən Azərbaycanda uğurla fəaliyyətə başlayacaq. Yarana biləcək hər hansı xırda problemə hər kəs obyektiv və vicdanlı yanaşmalı, bunun həllinə çalışmalıdır. Bu gün də səhiyyənin çətinlikləri, problemləri var. İcbari tibbi sığortanın tətbiqindən sonra isə bu çətinliklər, problemlər indikindən çox daha az olacaq, xidmətin səviyyəsi, keyfiyyəti yüksələcək, sağlam rəqabət yaranacaq. Səhiyyədə uzun illərdir kök salan və öz həllini tapa bilməyən bürokratik əngəllər, rüşvət, korrupsiya və digər mənfi meyllər tamamilə aradan qaldırılacaq. Düşünürəm ki, icbari tibbi sığorta Azərbaycan xalqının ümidlərini doğruldacaq”.

Dövlət xəstəxanalarında çalışan həkimlərin icbari tibbi sığortaya münasibətinin necə olduğunu şərh edən Komitə sədrinin müavini bildirib ki, həkimlərin buna münasibəti müxtəlifdir: “Bir qrup həkim var ki, bunu dəstəkləyir, bir qrup həkim tərəddüd edir, bir qrupu isə ümumiyyətlə istəmir”.

 

https://lent.az/news/326539

 

 

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri