Loading...

“İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında sosial videoçarx müsabiqəsi

25.09.2018, 15:20

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında sosial videoçarx müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi icbari tibbi sığorta və icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlər haqqında əhalinin məlumatlılıq səviyyəsinin artırılmasıdır.

Hazırlanan videoçarxlarda icbari tibbi sığortanın əhali və ölkə üçün birbaşa, uzun müddətli müsbət təsirləri və faydaları vurğulanmalıdır.

Kimlər iştirak edə bilərlər:

Müsabiqədə yalnız tələbələr, o cümlədən 35 yaşadək olan fiziki şəxslər iştirak edə bilərlər.

Müsabiqə gələcəyə təsir göstərə biləcək şəxslər kimi gənclərin diqqətinin icbari tibbi sığortaya yönəldən bir vasitədir. Buna görə də müsabiqə əsasən tələbə və gənclər üçün nəzərdə tutulub.

Müsabiqənin şərtləri:

Videoçarxlar 2 dəqiqədən çox olmamalıdır;

Bir iştirakçı tərəfindən maksimum 2 videoçarx təqdim edilə bilər;

Videoçarxlara müsahibin razılığı ilə verilmiş müsahibələr daxil edilə bilər;

Müsabiqəyə təqdim edilən videoçarxlar əvvəllər heç bir yerdə yayımlanmamalıdır.

Müsabiqə 26 sentyabr – 16 dekabr 2018-ci il tarixlərində keçirilir.

Müsabiqə çərçivəsində qalib olan videoçarxdan müstəsna istifadə hüququ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus olacaq və müəllif tərəfindən bu videoçarxdan digər şəxslərə istifadə hüququnun verilməsi qadağandır.

Qaliblərin mükafatlandırılması:

Müsabiqədə ilk 3 yerin qalibləri pul mükafatları və diplomlar ilə təltif olunacaq:

I yer – 1000 manat
II yer – 800 manat
III yer – 500 manat

Eyni zamanda müsabiqədə həvəsləndirici mükafatların təqdim edilməsi nəzərdə tutulur.

Videoçarxların qiymətləndirilmə meyarları:

Mövzunun ideyasına tam uyğunluğu;

Müəllif mövqeyinin, ssenari düşüncəsinin orijinallığı;

İdeyanın açıqlanması, məzmunun bütövlüyü.

Videoçarxların sosial şəbəkələr vasitəsilə geniş izləyici kütləsinə təqdim olunması, maksimum sayda izləyiciyə çatdırılması arzuolunandır.

Videoçarxları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsinin nümayəndələri qiymətləndirəcək.

Videoçarxların təqdim edilməsi:

Videoçarxlar MP4 formatında “Google Drive” bulud xidmətinə yüklənilməli və həmin linklər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin press@its.gov.az elektron poçt ünvanına (mövzu hissəsində “Videoçarx müsabiqəsi” sözü qeyd olunmalıdır) 16 dekabr saat 18:00-dək göndərilməlidir.

Məktubda yer almalıdır:

Videoçarx elektron mediada və ya sosial şəbəkədə yayımlanıbsa, bunu təsdiqləyən link;

Videoçarxı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin elektron surəti;

Videoçarxı təqdim edən şəxsin əlaqə vasitələri – ev, iş və mobil telefonu.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlaqə telefonu: +99412 310 07 70

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93

Son xəbərlər

Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri