Loading...

“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçiriləcək

17.09.2018, 16:39

26 sentyabr 2018-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Park İnn otelində saat 10:00-13:00-da “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim təşkil edəcək.

Təlimdə Avropa ölkələrində icbari tibbi sığorta sistemi, əhalinin sağlamlığının qorunmasında İTS-nin rolu, pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinin İTS sisteminə münasibəti, İTS sistemində təminatlar və istisnalar zərfləri haqqında təqdimatlar ediləcək. Habelə "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvinninq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilməsi nəzərdə tutulan müsabiqə haqqında ətraflı məlumat veriləcəkdir.

Təlimdə iştirak etmək istəyən KİV nümayəndələri 21 sentyabr 2018-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Bunun üçün KİV nümayəndələrindən press@its.gov.az elektron poçt ünvanına məktub göndərmələri rica olunur. Məktubda KİV nümayəndəsinin adı və soyadı, təmsil etdiyi qurumun adı qeyd olunmalıdır. Təlimdə 35 KİV nümayəndəsinin iştirakı nəzərdə tutulmuşdur.

Son xəbərlər

Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri