Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir

06.09.2024, 06:26

Xalq arasında “dovşan dodaq” və “qurd ağız” kimi tanınan, anadangəlmə dodaq-damaq yarıqları yenidoğulanlar arasında rast gəlinən üz-çənə nahiyyəsinin inkişaf anomaliyalarına aiddir. Dodaq və damağın düzgün formalaşmaması nəticəsində (bətndaxili inkişaf vaxtı) yaranan bu inkişaf qüsurları həm funksional, həm də estetik problemlərə səbəb ola bilir. Bu problemlər arasında udma, nitq pozğunluqları, eşitmə problemləri, tənəffüs, həzm sisteminin patologiyaları, dişlərin düzgün çıxmaması kimi hallar üstünlük təşkil edir.

Sözügedən anomaliyaların yaranmasının fərqli səbəbləri olsa da, əsasən genetik və xarici faktorların birgə təsiri ilə əlaqədar olduğu düşünülür. Hamiləlik dövrünün problemli keçməsi (davamlı stres faktorların təsiri və s.), qohum evliliyi, hamiləlik dövründə ananın zərərli vərdişləri (siqaret, alkoqol və narkotik istifadəsi), bəzi dərman preparatlarının qəbulu, vitamin çatışmazlığı – xüsusilə fol turşusu əskikliyi, hamiləlik dövründə ananın müxtəlif infeksion xəstəliklərə yoluxması, radiasiya və s. kimi əlverişsiz ətraf mühit faktorlarının təsirinə məruz qalması adıçəkilən inkişaf qüsurlarının yaranmasında əsas səbəblər arasında yer alır. Anadangəlmə dodaq və damaq yarıqlarının meydana gəlməsində genetik meyillilik də mühüm yer tutur. Belə ki, ailəsində bu cür anomaliyası olan şəxslərin uşaqlarında bu hallara daha çox rast gəlinir.

Adı çəkilən inkişaf anomaliyalarının yeganə müalicə üsulu cərrahi müdaxilədir. Həmin cərrahi əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. İcra edilən əməliyyatlar “dovşan dodaq” və “qurd ağız” qüsurlarını aradan qaldırmaqla yanaşı, uşaqların həyat keyfiyyətini bərpa edir, gələcəkdə onların cəmiyyətdən sosial təcrid olunmasının qarşısını alır. Bu əməliyyatlar uşaqların sosial həyata daha yaxşı inteqrasiyası, sağlam həyat və sağlam gələcək qurması üçün vacib əhəmiyyət  kəsb edir.

Qeyd edək ki, “dovşan dodaq” və “qurd ağız” kimi anadangəlmə inkişaf qüsurlarının diaqnostikası hamiləlik dövründə mümkündür. Ana bətnində ikən bu xəstəliklərin erkən diaqnostikası üçün ultrasəs müayinə və digər radioloji müayinələrdən istifadə edilir. Adıçəkilən anomaliyaların və digər xəstəliklərin erkən aşkar olunması üçün hamilə qadınların müntəzəm olaraq müayinə olunması vacibdir.

Anadangəlmə dodaq və damaq yarıqlarının bərpası əksər hallarda körpənin 3-18 aylığında aparılır. Bəzi hallarda korreksiya bir neçə mərhələ ilə aparıldığı üçün uşağın sonrakı yaş dövrlərində əlavə cərrahi müdaxilələrə ehtiyac yaranır.

Bərpa əməliyyatı öncəsi ixtisaslı həkim müayinəsi, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, laborator və instrumental müayinələr, qan və ya qan komponentləri icbari tibbi sığorta tərəfindən tam təmin olunur. Həmçinin, xəstənin və müşayiət edən şəxsin qidalanma xərcləri də sığorta təminatına daxildir.

Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində həkim göstərişi əsasında həyata keçirilir.

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue