Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Çex Respublikasının Səhiyyə Nazirliyi arasında memorandum imzalanıb

27.11.2024, 05:53

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24-28 noyabr tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində işgüzar səfərdədir.

Səfərin məqsədi icbari tibbi sığorta sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, qabaqcıl təcrübələri öyrənmək, sistemin daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev ilə Çex Respublikasının Baş nazirinin müavini, eyni zamanda səhiyyə naziri Vlastimil Valek Agentlik və Çex Respublikasının Səhiyyə Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumunu imzalayıblar.

Tədbirdə Azərbaycan Respublikasının Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edib.

Memorandumun məqsədi Agentlik ilə Çex Respublikasının Səhiyyə Nazirliyi arasında icbari tibbi sığorta sahəsində iki tərəfli əməkdaşlığı gücləndirmək, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə və məlumat mübadiləsi aparmaq, habelə birgə layihələr və fəaliyyətlər vasitəsilə hər iki ölkənin səhiyyə sistemlərinin inkişafına töhfə verməkdir.

Eyni zamanda nümayəndə heyəti nazirliyin qanunvericilik və hüquq üzrə baş direktoru Radek Policar ilə görüş keçirərək əməkdaşlıq perspektivlərini və səhiyyə sahəsində müvafiq mövzuları müzakirə edib. Nazirliyin nümayəndəsi Tomas Tvarozek Çex Respublikasının tibbi sığorta sistemi barədə ətraflı məlumat verərək sistemin əsas prinsiplərini, beynəlxalq və Avropa qanunvericiliyi ilə əlaqələrini, sığortahaqları, sığortaolunanların hüquq və vəzifələrini, tibbi xidmətlərin maliyyələşdirilməsi prinsiplərini Azərbaycan nümayəndə heyəti ilə bölüşüb.

Çex Respublikasının Səhiyyə Məlumat və Statistika İnstitutunun nümayəndəsi Ondrej Majek tərəfindən “Onkoloji Skrininq Proqramları” mövzusunda mühazirə təqdim edilib. Bu mühazirədə onkoloji xəstəliklərin erkən aşkar olunması, skrininq proqramlarının rolu və tətbiqi metodologiyaları ətrafında geniş müzakirələr aparılıb.

Nümayəndə heyəti Motol Xəstəxanasını və IKEM (Klinik və Eksperimental Tibb İnstitutu) Xəstəxanasını ziyarət edib. Burada Təcili tibbi yardım şöbəsinin işi ilə tanış olunub, tibb müəssisələrində yüksək texnologiyalı tibbi xidmətlərin təşkili, idarəetmə modelləri və qabaqcıl tibbi avadanlıqlarla təmin olunma prosesinin müzakirəsi aparılıb.

 

 

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue