Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir

13.05.2025, 06:24

Yaz fəslində allergik hallar kəskinləşir. Xüsusilə bitki tozcuğuna qarşı yaranan tənəffüs allergiyaları, dəridə səpgilər, göz və burun axıntısı daha tez-tez müşahidə olunur. Məişət və qida allergenlərinə, dərman preparatlarına qarşı allergiyalara isə hər fəsildə rast gəlinir. Allergiyaların vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə allergiyaların diaqnostika və müalicəsi üzrə geniş spektrli tibbi xidmətlər qarşılanır. 2024-cü il ərzində allergiyaların diaqnostika və müalicəsi ilə bağlı icbari tibbi sığorta hesabına 20 065 tibbi xidmət icra olunub. 

Xidmətlər Zərfində yer alan bu xidmətlər allergiyaların səbəblərinin dəqiq müəyyən edilməsinə və fərdi müalicə planının hazırlanmasına şərait yaradır. Allergiyanın səbəbini müəyyən etmək üçün qanda allergenə qarşı anticisimlərin təyininə əsaslanan spesifik IgE və IgG testləri aparılır. Allerqoloji panellər antibiotiklərə, qidaya, tənəffüs allergenlərinə qarşı spesifik allergiyaların müəyyən olunmasına xidmət edir.  

Bu panellər arasında pediatrik variant da mövcuddur ki, bu da xüsusilə uşaqlarda tez-tez rast gəlinən allergik halların aşkarlanması üçün nəzərdə tutulub. Allergik panellərin məqsədi xəstənin allergiyasının səbəbini dəqiq müəyyən etməklə həkimlərə fərdi və effektiv müalicə planı hazırlamağa imkan verməkdir. Bu müayinələrlə yanaşı, tibbi göstərişə görə digər tələb olunan müayinələr də (qanın ümumi və biokimyəvi analizi, rentgen, ultrasəs müayinəsi və s.) icbari tibbi sığorta hesabına həyata keçirilir.

Sözügedən müayinələr təngnəfəslik, boğulma, hipotoniya (təzyiqin enməsi), ödem, asqırma, burun tutulması, dəri reaksiyaları (qaşınma, səpgi və s.), konyuktivanın hiperemiya və ödemi, eləcə də digər allergik şikayətlərin səbəbini dəqiq müəyyən etməyə imkan verir. 

Həmçinin tibbi göstərişə əsasən allergik xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir.Sığortaolunanlar bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator və instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün qeyd edək ki, allergik reaksiyalar - allergenin dəri ilə birbaşa təması, nəfəsalma zamanı tənəffüs yollarına, qida qəbulu ilə həzm sisteminə düşməsi, həşərat sancmaları və digər səbəblərdən baş verə bilər. Ən çox yayılmış allergenlərə heyvan tükləri, toz, qida, kosmetika, dərmanlar, bitki tozcuqları, nikotin tüstüsü və s. aiddir. Allergik reaksiyalara həzm pozğunluqları, bağırsaqlarda iltihablı proseslər və qurd invaziyaları da səbəb ola bilər. Kiçik uşaqlarda allergiyanın səbəbi ana südü ilə qidalanmadan imtina və süni qidalanmaya keçid ola bilər.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue