Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

“e-Tabib” mobil tətbiqində tibbi xidmətlərin qiymətləndirilməsi üçün yeni bölmə yaradılıb

22.07.2025, 09:35

İcbari tibbi sığorta hesabına əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinə ictimai nəzarətin təşviqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “e-Tabib” mobil tətbiqinə yeni funksionallıq əlavə olunub. Artıq istifadəçilər istifadə etdikləri tibbi xidmətlərin keyfiyyətini təqdim edilən məmmuniyyət sorğusunda iştirak etməklə qiymətləndirə biləcəklər.

Yeni bölmə vətəndaşlara müraciət etdikləri tibbi xidməti, həmin xidməti göstərən həkimi və tibb müəssisəsini qiymətləndirməyə imkan verir.

Sorğuda iştirak etmək üçün “e-Tabib” mobil tətbiqinin əsas səhifəsində yerləşən “Müraciətlərim” bölməsinə daxil olmaq, daha sonra tibbi xidməti seçərək “İTS məmnuniyyət sorğusu” keçidinə klikləmək kifayətdir.

Bununla yanaşı, tətbiqdə bir sıra digər yeniliklər də yaradılıb:

  • Əsas səhifəyə “Xəbərlər” bölməsi əlavə olunub. İstifadəçilər burada icbari tibbi sığorta sahəsindəki yeniliklərlə tanış ola biləcəklər;

  • Maarifləndirici hekayələr bölməsi istifadəyə verilib. Bu bölmədə sağlam həyat tərzini təşviq edən və istifadəçiləri məlumatlandıran məzmunlar paylaşılır;

  • “Sağlam və təhlükəsiz hamiləlik” adlı yaradılan yeni bölmədə hamilə qadınlara yönəlik faydalı məsləhətlər və tövsiyələr əks olunur.

Yenilənmiş “e-Tabib” mobil tətbiqi tibb müəssisələri ilə vətəndaşlar arasında daha şəffaf və qarşılıqlı əlaqəli münasibətin qurulmasına töhfə verməklə yanaşı, göstərilən xidmətlərin monitorinqi və davamlı təkmilləşdirilməsi üçün də vacib alətə çevrilir.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue