Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Şəkərli diabeti olan şəxslərdə daimi görmə itkisi yaradan xəstəliyin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

22.08.2025, 10:26

Şəkərli diabet yalnız qanda şəkərin yüksəlməsi ilə deyil, həm də bir sıra ağır fəsadlarla nəticələnə bilər. Bu fəsadlardan biri də diabetik retinopatiyadır. Bu, gözün torlu qişasında (retinada) baş verən və vaxtında aşkar olunmadıqda daimi görmə itkisi ilə nəticələnə bilən ciddi göz xəstəliyidir.

Şəkərli diabet aşkarlandığı zaman xəstələr ildə bir dəfə göz müayinəsindən keçməlidirlər. Əgər şəkərə bağlı göz zədələnməsi aşkarlanarsa göz müayinəsinin tezliyi həkim məsləhətinə uyğun aparılmalıdır. Şəkərli diabet xəstələrində oftalmoloji müayinə görmə itiliyi, gözdaxili təzyiqin ölçülməsi, göz almasının ön kəsiyinin müayinəsi və göz dibi müayinəsindən ibarətdir. Şəkərə bağlı göz dibi zədələnmələri aşkarlanarsa, OCT (Optik koherent tomoqrafiya) və FFA (Fundus Fluorescein Angiography) müayinələri təyin olunur. Şəkərə bağlı göz zədələnmələrinin müalicə üsulları isə Anti-VEGF preparatlar ilə göz dibi inyeksiyaları və Lazer fotokoaqulyasiyadır. Lakin bu müalicə üsulları yalnız zamanında aşkarlanmış və nəzarət altına alınmış hallarda effektiv olur. Ən ağır hallarda Pars Plana Vitrektomiya (PPV) əməliyyatı icra olunur. Sözügedən bütün müayinə və müalicə üsulları icbari tibbi sığorta ilə qarşılanır. Qeyd edək ki, stasionar xidmət zamanı dərman və tibbi sərfiyyat da icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Qeyd edək ki, 2024-cü il ərzində diabetik retinopatiyanın müalicəsi üçün 1600-dən çox tibbi xidmət göstərilib.

İcbari tibbi sığorta ilə sadalanan tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.

Diabetik retinopatiya diabet xəstələrinin təxminən 30-40%-ində müşahidə olunur və xüsusilə qan şəkərinə nəzarət zəif olan şəxslərdə daha sürətlə inkişaf edir. Xəstəlik, retina damarlarının zədələnməsi ilə başlayır və zamanla makulyar ödem (mərkəzi görməyə cavabdeh sahədə maye toplanması), qansızma ocaqları (mikroanevrizmalar və retinal qanaxmalar), vitreus hemorragiyası (gözün içini dolduran şəffaf mayeyə qan axması) və ən ağır halda isə traksional retina qopması ilə nəticələnə bilər. Traksional retina qopması proliferasiya etmiş damarların və çapıq toxumasının torlu qişanı dartaraq qopardığı ağır fəsaddır.

Məlumat üçün bildirək ki, xəstəliyin ilk mərhələlərində heç bir simptom olmaya bilər. Bu səbəbdən ağırlaşmaların qarşısını almaq üçün vaxtında edilən müayinələr həyati önəm daşıyır. Şəkərli diabet xəstələri qan şəkərinə ciddi nəzarət etməli, siqaretdən uzaq durmalı və həkim nəzarətini ertələməməlidirlər.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue