Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Həyati təhlükə yaradan beyin ödeminin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

02.09.2025, 11:18

Beyin ödemi –beyin toxumaları və toxumaarası sahələrdə maye toplanması nəticəsində yaranan və kəllədaxili təzyiqin artması ilə müşahidə olunan ciddi patoloji vəziyyətdir. Bu proses beyin hüceyrələrinin fəaliyyətini pozur, sinir sisteminin işini zəiflədir və həyati təhlükə yarada bilir. Beyin ödemi müxtəlif səbəblərdən – kəllə-beyin travmaları, insult, beyin şişləri, infeksion xəstəliklər, hipoksiya (oksigen çatışmazlığı), həmçinin metabolik pozuntular və yüksək təzyiqin təsiri fonunda meydana çıxa bilər. Xəstəliyin klinik əlamətlərinə kəskin baş ağrısı, ürəkbulanma və qusma, görmə pozuntuları, müxtəlif şüur pozulmaları, qıcolmalar, bəzən isə şüurun tam itməsi aiddir.

Beyin ödemi zamanı həyata keçirilən həyati vacib tibbi müdaxilələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb. Bu xidmətlərə kəllədaxili təzyiqin daimi nəzarətdə saxlanılması, beyin toxumasına təzyiqi azaltmaq üçün dekompressiv trepanasiya beyində yığılan artıq mayenin xaric edilməsi üçün drenlərin yerləşdirilməsi, eləcə də mədəcik şuntlarının qoyulması daxildir. Bununla yanaşı, xəstələrə stasionar şəraitdə göstərilən zəruri xidmətlər də sığorta hesabına təmin edilir.

Dəqiq diaqnostika məqsədilə müasir laborator və instrumental müayinə üsullarından istifadə olunur. Beyinin kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT), kontrastlı MRT və neyrosonoqrafiya (yeni doğulmuş uşaqlarda beyin USM müayinəsi) beyin ödemini və onun səbəblərini müəyyənləşdirməkdə mühüm rol oynayır. Bundan əlavə, qanın ümumi və biokimyəvi analizi, elektrolit və qlükoza səviyyəsinin təyini, mikrobioloji və seroloji testlər, həmçinin elektroensefaloqrafiya (EEQ) kimi müayinələr də icra edilir. Bu müayinələr beynin fəaliyyətini kompleks şəkildə qiymətləndirməyə və düzgün müalicə taktikasını müəyyənləşdirməyə imkan yaradır.

Diaqnostik mərhələdən sonra xəstələr stasionar müalicəyə cəlb olunur. Beyin ödeminin səbəbi və ağırlıq dərəcəsinə uyğun olaraq pasiyentlərə dehidratasiyaedici terapiya (mannitol, hipertonik duz məhlulları və s.), kortikosteroidlər, elektrolit balansının bərpası, qlükoza səviyyəsinin tənzimlənməsi, oksigenlə müalicə və simptomatik terapiya tətbiq edilir. Ağır hallarda isə xəstələr reanimasiya şəraitində xüsusi nəzarət altında saxlanılır, bəzi hallarda cərrahi müdaxiləyə – kəllədaxili təzyiqi azaltmaq üçün kəllə sümüyünün bir hissəsinin çıxarılmasına (dekompressiv kraniotomiya) ehtiyac yarana bilər. Qeyd olunan bütün tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir.

Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq tibb müəssisələrində, Agentliklə müqaviləsi olan tibb müəssisələrində tibbi göstəriş əsasında icra olunur.

Daha əvvəl də qeyd edildiyi kimi beyin ödemi çox vaxt digər xəstəliklərin və ya travmaların nəticəsi olaraq meydana çıxır və vaxtında müalicə olunmadıqda əlillik və ya ölümlə nəticələnə bilir. Bu səbəbdən profilaktik tədbirlərə xüsusi diqqət verilməlidir. Travmalardan qorunmaq, arterial təzyiqi və qan şəkərini nəzarətdə saxlamaq, infeksion xəstəliklər zamanı vaxtında həkimə müraciət etmək beyin ödemi riskini azaldan amillərdəndir. Ən əsası isə, xəstəliyin ilk simptomları müşahidə olunduqda vaxt itirmədən tibbi yardıma müraciət edilməlidir.

 

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue