Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Azərbaycan Tibb Universitetinin tələbələri üçün icbari tibbi sığorta ilə bağlı maarifləndirmə sessiyaları keçirilib

19.09.2025, 14:56

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycan Tibb Universitetinin (ATU) birinci kurs tələbələri üçün icbari tibbi sığorta mövzusunda maarifləndirmə sessiyaları təşkil edib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və ATU-nun dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi tibb sahəsində təhsil alan gənclərin icbari tibbi sığorta sistemi barədə məlumatlılığını artırmaq olub. Tədbirə ümumilikdə 600-dən çox tələbə qatılıb.

ATU-nun Tədris işləri üzrə prorektoru Anar Ağayev bu cür sessiyaların tələbələrin gələcək peşə fəaliyyətinə mühüm töhfə verəcəyini qeyd edib.

Agentliyin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova tədbirin təşkilinə verdikləri dəstəyə görə KOICA və ATU rəhbərliyinə minnətdarlığını bildirib. O, icbari tibbi sığortanın əhəmiyyətli səhiyyə  islahatlarından biri olduğunu vurğulayıb və gələcəyin həkimlərinin bu sistemin mühüm iştirakçıları sırasında yer aldığını qeyd edib.

KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Sulim Hvanq çıxışında təşkilatın Azərbaycanla uzunmüddətli əməkdaşlıq təcrübəsinə toxunaraq, bu sessiyaların ölkənin səhiyyə sisteminə əhəmiyyətli dərəcədə töhfə verdiyini söyləyib.

KOICA Məzunlar Assosiasiyasının (KOAZ) prezidenti, TƏBİB-in Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov isə KOICA ilə Azərbaycan arasında səhiyyə sahəsində mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, bu istiqamətdə layihələrin davamlı olacağına əmin olduğunu deyib.

Açılış mərasimindən sonra tələbələrə “İcbari tibbi sığorta nədir?” mövzusunda təqdimat nümayiş etdirilib, həmçinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydalarını izah edən animasiyalar göstərilib. Sessiyanın sonunda isə tələbələrin əldə etdikləri bilikləri möhkəmləndirmək məqsədilə interaktiv oyun keçirilib və qaliblər xüsusi hədiyyələrlə mükafatlandırılıb.

 

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue