Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib

23.10.2025, 14:37

Azərbaycan Respublikasının Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib.

Bunlar “Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması Qaydası”, “Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və Qaydası”, “Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları”, “Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə”nin nümunəvi forması” və “Dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi forması və bağlanılması Qaydası”dır.

Yeni qaydalar vətəndaşların ambulator şəraitdə (evdə) istifadə olunan əlçatan dərmanların icbari tibbi sığorta hesabına təmin edilməsi ilə bağlı mexanizmin normativ çərçivəsini müəyyən edir.

Qaydalarda dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib. Dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsi meyarlarına dərman vasitəsinin dövlət reyestrində olması, onun keyfiyyətli, təhlükəsiz və effektiv olması, qiymətinin tənzimlənmiş olması və icbari tibbi sığorta fondunun maliyyə imkanlarına uyğun olması daxildir.

Eyni zamanda, bu qaydalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) aptek təşkilatları ilə müqavilə mexanizminin formalaşmasına hüquqi əsas yaradır.

Qərarların qəbulu dərman təminatı sisteminin hüquqi və inzibati əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımdır. Hazırda icbari tibbi sığorta hesabına dərmanların ambulator şəraitdə qarşılanması istiqamətində zəruri hazırlıq işləri – elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması həyata keçirilir. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər Agentliklə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər.

Məlumat üçün bildirək ki, pozitiv siyahı icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə (evdə) müalicə üçün pasiyentlərə verilən dərman vasitələrinin siyahısıdır. Bu siyahıya daxil olan dərmanların müəyyən edilmiş hissəsi və ya tam dəyəri icbari tibbi sığorta hesabına qarşılanacaq. Pozitiv siyahıda dərman vasitəsinin ticarət adı, beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı), dozası, anatomik- terapevtik-kimyəvi kodu, farmasevtik forması, xəstəliyin müalicəsi üçün tətbiq edildiyi XBT 10 kodu, qablaşdırılma miqdarı, şərti kompensasiya məbləği və müştərək maliyyələşmə məbləği qeyd olunacaq. Qeyd edək ki, pozitiv siyahı hər rübün ilk ayının 15-nə kimi yenilənəcək və yenilənmiş siyahı Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue
Serebral iflicin stasionar müalicəsi üçün icbari tibbi sığorta hesabına 34 mindən çox tibbi xidmət göstərilib
06.10.2025
Ətraflı oxu arrow-right-blue