Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq

28.10.2025, 15:21

Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri səhiyyə sahəsidir. Azərbaycan Respublikasında son illər ərzində bu istiqamətdə aparılan davamlı islahatlar nəticəsində səhiyyə sisteminin institusional və infrastruktur əsasları gücləndirilmiş, icbari tibbi sığorta mexanizminin tətbiqi genişləndirilmiş, müasir tibb müəssisələri istifadəyə verilmişdir. Aparılan islahatların əsas məqsədi hər bir vətəndaşa keyfiyyətli, əlçatan və bərabər tibbi xidmətlərin göstərilməsinin təmin edilməsidir.

Qeyd edilməlidir ki, səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən ilə artmaqdadır. Belə ki, 2026-cı il üçün icmal büdcənin səhiyyə xərcləri 3 milyard 746 milyon manat müəyyən edilmişdir. Bu 2024-cü il ilə müqayisədə 1 milyard 70 milyon manat və ya 40 %, 2025-ci il ilə müqayisədə isə 227 milyon manat və ya 6,4 % çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərcləri mütləq ifadədə 2.3 milyard manat və ya 2.6 dəfə artmışdır.

2026-cı il üçün səhiyyə sahəsi üzrə xərclərin tərkibində icbari tibbi sığorta üzrə xərclər 2.6 milyard (73.2 %) manat proqnozlaşdırılır. Bu 2024-cü ilin faktiki icrası ilə müqayisədə mütləq ifadədə 468 milyon manat və ya 21,7 %, 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 371 milyon manat və ya 16,5 % çoxdur.

Bildirilməlidir ki, 2026-cı ildə icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsi məqsədilə gəlirlərinin diversifikasiyası aparılmış, icbari tibbi sığorta haqları, dövlət büdcəsindən ayrılan vəsait və Fondun əvvəlki illərdə formalaşmış ehtiyat vəsaitləri hesabına zəruri maliyyə təminatı tam təmin edilmişdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn il də Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin maliyyələşməsini genişləndirəcəkdir. Hazırda Agentlik Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi, ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə sığorta hesabına qarşılanması istiqamətində işlər aparır.

Qeyd edək ki, ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələrinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edilib. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue