Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır

03.11.2025, 10:11

Koxlear implantasiya eşitmə itkisi olan şəxslərdə eşitmənin bərpası üçün tətbiq olunan ən müasir və effektiv tibbi üsullardan biridir. Əməliyyat anadangəlmə ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan uşaqlara və eşitmə cihazlarından fayda görməyən, ikitərəfli ağır eşitmə itkisi olan şəxslərə icra edilir. Uşaqlarda yaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), böyüklərdə isə bu hədd 65 yaş kimi müəyyən edilir. 2025-ci ilin birinci yarısında eşitmə qabiliyyətinin bərpası üçün 66 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

Diaqnozu təyin etmək üçün pasiyentlər ilk növbədə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarına müraciət etməlidirlər. Diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına Bera test, kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və audiometriya müayinələri aparılır. Diaqnoz təsdiqləndikdən sonra əməliyyatın icrası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş əsasında təmin edilir. Əməliyyat tibbi göstərişə və təhlükəlilik dərəcəsinə görə növbəlilik prinsipi ilə həyata keçirilir.

Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, daxili cihaz (implant sistemi) və cihazın yerləşdirilməsindən 1 ay sonra təmin edilən üst cihaz (nitq prosessoru) icbari tibbi sığorta ilə qarşılanır. Məlumat üçün bildirək ki, nitq prosessoru yalnız implantasiya əməliyyatı zamanı quraşdırılır və bu zaman icbari tibbi sığorta ilə qarşılanır. Əməliyyatdan sonrakı dövrlərdə nitq prosessorunun sıradan çıxması və ya yenisi ilə əvəz olunması halları icbari tibbi sığorta təminatına daxil deyil. 

Əməliyyatdan sonra pasiyentlər icbari tibbi sığorta çərçivəsində 12 aylıq reabilitasiya dövrünə cəlb olunurlar. Bu müddətdə cihazda 3 dəfə səs tənzimlənməsi təmin edilir, habelə 36 seans loqoped və 36 seans psixoloq xidməti həyata keçirilir. Loqoped və psixoloq əsasən nitq qabiliyyəti olmayan uşaqlar üzərində işləyirlər. Bu zaman loqoped və psixoloq tərəfindən uşaqların eşitmə qavrayışı və nitqi inkişaf etdirilir, davranış, qavrama və ünsiyyət bacarıqlarının gücləndirilməsi üçün işlər aparılır.

Koxlear implantasiya əməliyyatı və reabilitasiya sayəsində eşitmə və danışma məhdudiyyəti olan şəxslər sosial həyata aktiv şəkildə qoşularaq, şəxsi inkişaf imkanlarını genişləndirə bilirlər.

 

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue