Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir

06.11.2025, 10:51

Hipertrofik kardiomiopatiya (HKM) - diastolik disfunksiya ilə müşayiət olunan ağır mədəcik hipertrofiyası ilə xarakterizə olunan anadangəlmə və ya qazanılmış xəstəlikdir. HKM kardiomeqaliya (ürəyin böyüməsi), proqressivləşən ürək çatışmazlığı, aritmiya və s. simptomlarla səciyyələnir. Vaxtında diaqnostika və müalicə tədbirlərinin başlanması xəstəliyin ağırlaşmalarının qarşısını almaqda mühüm rol oynayır.

Xəstəliyin tipik simptomları arasında  döş qəfəsində ağrı, baş gicəllənməsi, təngnəfəslik, zəiflik və yorğunluq, bayılma, taxikardiya, arterial hipotenziya (təzyiqin enməsi) yer alır. Bəzi pasiyentlər bir neçə simptomu eyni anda müşahidə edə bilər, bəzən isə heç bir simptom olmaya bilər. HKM ciddi fəsadlara - qulaqcıq fibrilyasiyası və mədəcik aritmiyaları, infeksion endokardit, ani ürək dayanması və qəfləti ölümə səbəb ola bilər. Bu səbəbdən xəstələrin müntəzəm kardioloq nəzarətində olması vacibdir.

HKM-in iki əsas növü mövcuddur:

  • Obstruktiv kardiomiopatiya: Ürək əzələsi asimmetrik qalınlaşır, sol mədəciyin çıxış yolunu daraltdığı üçün (təzyiq 30mm.c sütunundan yüksək) sol mədəcikdən aortaya qan axını azalır;

  • Qeyri-obstruktiv kardiomiopatiya: Ürək əzələsi simmetrik qalınlaşır, qan axınına birbaşa maneə yaratmır (təzyiq 30 mm.c süt bərabər və ya aşağıdır).

Xəstəliyin diaqnostikası ilkin olaraq ixtisaslı həkim müayinəsi və əsas diaqnostik müayinə üsulu olan exokardioqrafiya (EXO KQ) vasitəsilə aparılır. Ürəyin MRT müayinəsi hipertrofiyanı dəqiq qiymətləndirməyə, əsl səbəbini müəyyənləşdirməklə düzgün diaqnozun  qoyulmasına kömək edən qiymətli müayinə üsuludur. Diaqnozun təsdiqi və ağırlaşmaların qiymətləndirilməsi üçün qan testləri (troponin, natriuretik peptid-NP BNP, karnitin, arterial qan qazı testi), EKQ, stress test, Holter monitorinqi və ürəyin kateterizasiyası tətbiq oluna bilər.

Müalicənin əsas məqsədi simptomları azaltmaq, ağırlaşma riskini minimuma endirmək və həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Hər bir xəstəyə sağlam həyat tərzi tövsiyə olunur: zərərli vərdişləri tərgitmək, sağlam qidalanmaq, yuxu və istirahət rejiminə riayət etmək, yüngül və orta fiziki fəaliyyətlə məşğul olmaq, sağlam çəki saxlamaq, yanaşı xəstəlikləri (hipertenziya, şəkərli diabet və.s) nəzarətdə saxlamaq.

Obstruktiv HKM-lərdə, medikamentoz (dərman) müalicənin qeyri-effektiv olduğu hallarda cərrahi müalicəyə (açıq və qapalı) müraciət olunur. Açıq cərrahi əməliyyatlardan hipertrofiyalaşmış ürək əzələsinin kəsiklə hissəvi çıxarılması (septal miektomiya), mitral qapaq təmiri və ya ürək qapaqlarının protezləşdirilməsi ilə birgə icra olunan miektomiyalar, endovaskulyar (invaziv) əməliyyatlardan septal ablyasiya,  implantasiya olunan kardioverter-defibrilyator (ICD) kimi müalicə üsulları tətbiq olunur.

HKM-in müayinə və müalicəsi (stasionar və cərrahi), o cümlədən əməliyyat öncəsi laborator və instrumental müayinələr, reanimasiya xidməti və stasionarda yatış icbari tibbi sığorta təminatı çərçivəsində həyata keçirilir. Xəstəliyin erkən aşkarlanması və vaxtında müalicəsi həyat keyfiyyətinin yüksəldilməsində, ağırlaşmaların qarşısının alınmasında və qəfil ürək ölümü riskinin azaldılmasında vacib rol oynayır.

Məlumat üçün bildirək ki, HKM ürəyin əksər hallarda sol mədəcik, az hallarda sağ mədəcik miokardının istənilən hissəsinin, lakin daha çox mədəcikarası çəpərin (septum) qalınlaşması səbəbindən hipertrofiyasıdır. HKM zamanı mədəciklərarası septumun qalınlaşması  qanın sol mədəcikdən aortaya atılmasına maneə yarada bilir ki, bu da öz növbəsində ciddi hemodinamik pozğunluqlara səbəb olur.

Xəstəliyin cərrahi müalicəsi TƏBİB tabeli tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində icra olunur.

 

 

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue