Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Sümük iliyi transplantasiyası onkoloji xəstələrin müalicə imkanlarını genişləndirir

21.11.2025, 10:13

Sümük iliyi transplantasiyası onkoloji və hematoloji xəstəliklərin ağır gedişində tətbiq olunan həyati vacib tibbi xidmətlərdən biridir. Bu xəstəliklər zamanı sümük iliyinin normal qan hüceyrələrini istehsal etmək qabiliyyəti zəifləyir və pasiyentlərdə davamlı halsızlıq, qansızma meyilləri, tez-tez infeksiyalara yoluxma, sümük ağrıları və hərarət artımı kimi əlamətlər meydana çıxır. Belə hallarda müalicənin ən effektiv üsullarından biri sümük iliyi transplantasiyası hesab olunur.

2024-cü ildən bugünədək icbari tibbi sığorta hesabına 20-dən çox sümük iliyi transplantasiyası icra olunub. Əvvəllər əsasən xaricdə və yüksək maliyyə vəsaiti hesabına icra olunan sümük iliyi transplantasiyası hazırda Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində icbari tibbi sığorta hesabına həyata keçirilir. Bu isə müasir tibbi xidmətlərin ölkə daxilində əlçatanlığını artırır, vətəndaşların maddi yükünü azaldır. Əməliyyata ehtiyac duyan pasiyentlər ilkin olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etməlidir. Müvafiq sənədlər təqdim edildikdən sonra vətəndaş tibbi göstəriş əsasında tibb müəssisəsinə yönləndirilir və müvafiq tibbi xidmətlər icbari tibbi sığortanın təminatı ilə həyata keçirilir.

Əməliyyatın icrası üçün pasiyentlər əvvəlcə geniş diaqnostik müayinələrdən keçirlər. Qanın ümumi və biokimyəvi analizi, immunoloji testlər, sümük iliyi biopsiyası, donor-resipiyent uyğunluğunun müəyyən edilməsi üçün HLA tipizasiyası, həmçinin KT və MRT kimi instrumental müayinələr aparılır.

Transplantasiya ilə bağlı diaqnostik müayinələr, həm donor, həm də resipiyentin əməliyyatı, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta çərçivəsində qarşılanır. Qeyd edək ki, sümük iliyi transplantasiyası yalnız tibbi göstəriş əsasında həyata keçirilir.

Transplantasiyanın iki növü mövcuddur: 1. Autoloji - yəni pasiyentin öz hüceyrələrinin toplanaraq ona köçürülməsi; 2. Allogenik – yəni uyğun donordan götürülən hüceyrələrin köçürülməsidir. Əməliyyat zamanı pasiyent steril şəraitdə yerləşdirilir və yeni hüceyrələrin köçürülməsi həyata keçirilir. Növbəti 2-3 həftə ərzində yeni sümük iliyinin yerləşməsi izlənilir. Bu müddətdə pasiyentlər 45-60 gün havalandırma sistemi ilə təchiz olunmuş xüsusi palatalarda saxlanılır.

Əməliyyatdan sonrakı dövrdə xəstələr 2 ilə qədər həkim nəzarətində qalırlar. Həkimlərin müşahidələrinə görə sümük iliyi transplantasiyası olan pasiyentlərin çoxunda uzunmüddətli remissiya əldə olunur və həyat keyfiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşır.

Son xəbərlər

İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib
16.12.2025
Ətraflı oxu arrow-right-blue
“İcbari tibbi sığorta ilə ambulator dərman təminatı” mövzusunda əczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş keçirilib
16.12.2025
Ətraflı oxu arrow-right-blue
Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub
11.12.2025
Ətraflı oxu arrow-right-blue
Media nümayəndələri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib
08.12.2025
Ətraflı oxu arrow-right-blue
Onkohematoloji xəstəliklərin diaqnostikası icbari tibbi sığorta hesabına həyata keçirilir
01.12.2025
Ətraflı oxu arrow-right-blue
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub
28.11.2025
Ətraflı oxu arrow-right-blue
“İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili” mövzusunda təlim keçirilib
27.11.2025
Ətraflı oxu arrow-right-blue