Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Onkohematoloji xəstəliklərin diaqnostikası icbari tibbi sığorta hesabına həyata keçirilir

01.12.2025, 11:32

Onkohematoloji xəstəliklər – qan, limfa və onlara yaxın toxumalarda yaranan bədxassəli şişlərdir (məsələn, leykemiya, limfoma, çoxsaylı mieloma və s.). Bu xəstəliklər mənşəyinə, yayılma tezliyinə və gedişinə (xroniki və ya kəskin) görə fərqlənir. İlk simptomları bir çox digər xəstəliklərdə də müşahidə olunan halsızlıq, ümumi zəiflik, səbəbsiz qızdırma, gecə tərləmələri və s. ola bilər. Erkən diaqnostika və vaxtında tibbi müdaxilə xəstəliyin gedişatında həyati əhəmiyyət daşıyır.

Bu qrup xəstəliklərin diaqnostikası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb. Xidmətlər Zərfi çərçivəsində pasiyentlərə ilkin mərhələdə hematoloq və ya onkoloq tərəfindən müayinə aparılır, zəruri laborator və instrumental-diaqnostik müayinələr icra edilir. Diaqnostika prosesinə qanın ümumi və biokimyəvi analizi, koaquloqramma (laxtalanma), eləcə də qanın morfoloji analizi daxildir. Bundan əlavə, sümük iliyi biopsiyası, immunofenotipləmə, sitogenetik və molekulyar testlər vasitəsilə xəstəliyin növü və mərhələsi müəyyənləşdirilir. Leykemiya və limfoma üçün periferik qan, sümük iliyi və bədən mayesindən aparılan panellər, eləcə də digər laborator müayinələr Xidmətlər Zərfinə daxildir və bu xəstəliklərin diaqnostikası üçün vacib sayılır. İnstrumental-diaqnostik müayinələrdən daha çox ultrasəs, rentgen, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) istifadə olunur.

Müasir laborator və görüntüləmə üsulları sayəsində xəstəliklər erkən mərhələdə aşkarlanır və müalicə prosesi daha dəqiq müəyyən edilir. Bu müayinələr nəticəsində əldə edilən məlumatlar həkimlərə xəstəliyin gedişatını izləməyə, orqanizmdə yaranan dəyişiklikləri vaxtında müəyyənləşdirməyə və düzgün müalicə taktikasını seçməyə imkan verir.

Sözügedən tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur.

 

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue