Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

“İcbari tibbi sığorta ilə ambulator dərman təminatı” mövzusunda əczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş keçirilib

16.12.2025, 17:15

İcbari tibbi sığorta çərçivəsində ambulator dərman təminatının mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “İcbari tibbi sığorta ilə ambulator dərman təminatı” mövzusunda əczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş keçirilib.

Görüşdə iştirakçılara ambulator şəraitdə dərman təminatının prinsipləri, tətbiq mexanizmləri və prosesin təşkilinə dair əsas məqamlar barədə məlumat verilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, ambulator dərman təminatının icbari tibbi sığorta çərçivəsində effektiv təşkili və davamlılığının təmin edilməsi üçün bütün maraqlı tərəflərlə açıq dialoq və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür görüşlər tətbiq olunan mexanizmlərin təkmilləşdirilməsinə, şəffaflığın artırılmasına və vətəndaşların dərmanlara əlçatanlığının daha da yaxşılaşdırılmasına xidmət edir.

Daha sonra Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev “Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının və tibb vasitələrinin Xidmətlər Zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və qaydası” haqqında geniş məlumat təqdim edib. Bildirilib ki, dərman vasitələri bir sıra meyarlara əsasən Xidmətlər Zərfinə daxil edilir: son 5 ildə əhalinin ölüm və ya əlillik faizi yüksək olan xəstəliklərin müalicəsində istifadə olunması, sübutlu təbabət prinsiplərinə uyğun olaraq effektiv və təhlükəsiz olması, eləcə də inkişaf etmiş ölkələrin sığorta təminatında yer alması.

“Şərti kompensasiya məbləğinin hesablanması” təqdimatında isə iştirakçılara kompensasiya mexanizmi, hesablamaların aparılması qaydası və tətbiq mərhələləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, “Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları” mövzusunda müzakirə aparılıb. Bu zaman dərman vasitələrinin pozitiv siyahıya əlavə olunması üçün tələb olunan kriteriyalar, qiymətləndirmə prosesi və qərarvermə ardıcıllığı haqqında danışılıb.

E.Quliyev bildirib ki, dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsi zamanı əsas məqsəd tibbi effektivliyi sübut olunmuş, iqtisadi baxımdan səmərəli və pasiyent ehtiyaclarına cavab verən preparatların seçilməsidir. Onun sözlərinə görə, qiymətləndirmə prosesi müəyyən olunmuş meyarlar əsasında, şəffaf və ardıcıl şəkildə aparılır və qəbul edilən qərarlar səhiyyə sisteminin ümumi dayanıqlığına xidmət edir.

Görüşün sonunda ambulator dərman təminatı ilə bağlı praktiki məsələlər çərçivəsində “Müqavilələrin bağlanılması” mövzusu təqdim edilib. Müqavilələrin hazırlanması, tənzimlənməsi, tərəflərin öhdəlikləri və prosesin mərhələləri iştirakçıların diqqətinə çatdırılıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue