Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb

17.12.2025, 10:50

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində cari ilin iyun–noyabr ayları ərzində “Regionlarda uşaqların tibbi müayinəsi” layihəsi həyata keçirilib. Layihə regionlarda yaşayan uşaqların sağlamlıq vəziyyətinin sistemli şəkildə qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkar olunması, zərurət yarandıqda ixtisaslaşmış tibbi xidmətə yönləndirilməsi məqsədini daşıyıb. Müayinələr pediatriya, nevrologiya, endokrinologiya, kardiologiya, oftalmologiya, otorinolarinqologiya və neonatologiya üzrə tibbi heyəti tərəfindən aparılıb.  

Layihə çərçivəsində Ucar, Zaqatala, Masallı, Şamaxı və Daşkəsən rayonlarında ümumilikdə 995 uşaq müayinədən keçirilib. Fərqli yaş qruplarına aid uşaqların inkişafı, sağlamlıq göstəriciləri, mövcud və ya potensial risklər hərtərəfli araşdırılıb, aşkar edilən hallarla bağlı valideynlərə fərdi tibbi tövsiyələr verilib. Müayinələr nəticəsində əlavə müalicə və ya ixtisaslaşmış tibb müəssisəsinə yönləndirmə tələb edən uşaqlar müvafiq şəkildə istiqamətləndirilib. Ümumilikdə müayinə edilən uşaqlardan 30 nəfərə Bakıya, Lənkərana və Gəncəyə ambulator və stasionar tibbi xidmət üçün göndəriş verilib. 2 nəfər Ucarda, 1 nəfər isə Zaqatalada stasionar müalicə ilə təmin edilib.

Layihənin əhəmiyyətli istiqamətlərindən biri region tibb heyətinin peşəkar hazırlığının gücləndirilməsi olub. Bu məqsədlə layihə çərçivəsində neonatoloqlar üçün xüsusi təlim proqramı təşkil edilib. Təlimdə yeni doğulmuş körpələrin reanimasiyası, kritik vəziyyətlərdə ilkin müdaxilə, neonatal infeksiyaların idarə olunması, tənəffüs sisteminə dair problemlərin qiymətləndirilməsi və təhlükəsiz tibbi mühitin təmin olunması ilə bağlı praktiki və nəzəri biliklər təqdim edilib. Təlim regionlarda neonatal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və körpələrin həyatının qorunmasına yönəlmiş mühüm addım kimi dəyərləndirilir.

Ümumilikdə layihə regionlarda tibbi xidmətlərin əlçatanlığının artırılmasına, uşaqlarda xəstəliklərin erkən aşkarlanmasına, valideynlərin sağlamlıq mövzularında məlumatlandırılmasına və səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verib.

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue