Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər

07.01.2026, 11:40

“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər.

Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlığı nəticəsində həyata keçirilib.  

Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.

Qeyd edək ki, yalnız şəxsiyyət vəsiqəsi olan şəxslərin (övladların) analiz nəticələrini platforma üzərindən əldə etmək mümkündür.

Məlumatlar həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.

Məlumata daxil olmaq üçün:

  • Platformanın əsas səhifəsində “Xidmətlər” bölməsinə keçid edilir;
  • “Ailə” və ya “Sağlamlıq” kateqoriyası seçilir;
  • “Övladlarımın laborator analiz nəticələri” bölməsinə klik edilir;
  • Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;
  • “Yüklə” düyməsinə klik edilərək məlumatla tanış olunur. 

 

Xatırladaq ki, valideynlər “mygov”da övladlarına aid bir sıra məlumatları - şəxsiyyət vəsiqəsi, pasport, doğum haqqında şəhadətnamə və peyvənd məlumatları kimi rəsmi sənədləri də rəqəmsal formada əldə edirlər. Bu xidmətlərin genişləndirilməsi valideynlərə övladlarının vacib məlumatlarını vahid platformadan rəqəmsal şəkildə izləmək və istifadə etmək imkanı yaradır. 

“mygov” mobil tətbiqini yükləmək üçün keçid edin: https://onelink.to/rryy4q

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue