Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

13.01.2026, 10:19

İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir.  Beynin damarlarından biri tıxandıqda, qan axını dayandıqda (işemik insult) və ya damar partlayarkən qan sızdıqda (hemorragik insult) beyin hüceyrələri zədələnir. Bunun nəticəsində insanın nitqində, hərəkətində, yaddaşında və ümumi funksiyalarında ciddi dəyişikliklər yarana bilir. İnsult zamanı vaxt itirmək böyük fəsadlara səbəb olduğundan erkən müayinə və müalicə xüsusi önəm daşıyır.

İnsult şübhəsi olan şəxslərdə vaxt itirmədən bir sıra müayinələr aparılır. İlkin qiymətləndirmə üçün ixtisaslı həkim müayinəsi, qanaxma olub-olmadığını müəyyən etmək üçün beynin kompüter tomoqrafiyası (KT), beyin toxumasının zədələnmə dərəcəsini daha dəqiq görmək üçün maqnit rezonans tomoqrafiya (MRT), beyin damarlarında tıxanıqlığın olub-olmamasını aşkarlamaq üçün angioqrafiya, EKQ və ürək müayinələri, şəkər, laxtalanma, elektrolitlər və digər göstəriciləri bilmək üçün laborator testlər aparılır. Bu müayinələr insultun işemik və ya hemorragik növü olduğunu dəqiqləşdirməyə və düzgün müalicəni seçməyə imkan verir.

Müayinələrdən sonra, ağırlaşma dərəcəsinə əsasən pasiyentə zəruri hallarda stasionar yatış təyin olunur. Stasionar yatış sonrası fizioterapiya və reabilitasiya xidmətlərinə də üz tutulur. Bu xəstənin bərpasının ən vacib hissəsidir. Çünki insult beynin müəyyən hissəsinə zərər vurur və nəticədə hərəkət, tarazlıq və gündəlik fəaliyyətlərdə problemlər yarana bilir. Reabilitasiya həmin itirilmiş funksiyaların yenidən qaytarılmasına və ya maksimum yaxşılaşdırılmasına xidmət edir. Sadalanan müayinə və müalicə üsulları hər biri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında “Tibb müəssisələrinin axtarışı” bölməsinə daxil olmaqla xidmətlərin göstərildiyi müəssisələrlə tanış olmaq mümkündür. 

Məlumat üçün bildirək ki, insultun qəfil başlayan xarakterik simptomları var. Məsələn, üzün bir tərəfində qəfil sallanma, gülümsəyəndə asimmetriya, bir qolun və ya ayağın gücsüzlüyü, qaldırıla bilməməsi, nitqin anlaşılmazlığı , sözlərin düzgün deyilməməsi və ya ümumiyyətlə danışa bilməmək, qəfil şiddətli baş ağrısı, başgicəllənmə, tarazlığın pozulması, hərəkətlərin koordinasiyası problemləri, görmənin birdən pisləşməsi, bədənin bir tərəfində keylik və hissiyyatın azalması.

İnsultun yaranma ehtimalını artıran tibbi və həyat tərzi amilləri var. Ən önəmlilərindən yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, ürək ritminin pozulması, xüsusilə atrial fibrilasiya, keçirilmiş insult, siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu, stress, düzgün olmayan qidalanma, piylənmə və hərəkətsizliyi misal göstərmək olar. Risk faktorlarının idarə olunması insultun qarşısının alınmasında mühüm rol oynayır.

 

 

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib
16.12.2025
Ətraflı oxu arrow-right-blue