Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb

17.02.2026, 11:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 fevral 2026-cı il tarixində Serbiya Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev və Serbiya Milli Tibbi Sığorta Fondunun direktoru xanım Saniyya Radoyeviç mübadilə ediblər.

Memorandumun məqsədi iki ölkə arasında icbari tibbi sığortanın həyata keçirilməsi üzrə təcrübə mübadiləsinin təşviqi, normativ-hüquqi çərçivə və qaydalar üzrə əməkdaşlığın genişləndirilməsi, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi, tibbi sığorta sahəsində rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsidir. Eyni zamanda, sənəd tibbi iddiaların idarə olunması sistemləri, kadr potensialının gücləndirilməsi və təlim proqramlarının təşkili, dərman vasitələri ilə təminat mexanizmləri, habelə tərəflərin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığı əhatə edir.

İmzalanmış Anlaşma Memorandumu Azərbaycan ilə Serbiya arasında tibbi sığorta sistemləri sahəsində tərəfdaşlıq münasibətlərinin inkişafına, qabaqcıl təcrübələrin paylaşılmasına imkan yaradacaq.

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue