Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib

06.03.2026, 14:57

Qadınların sağlamlığının qorunması, reproduktiv sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin erkən mərhələdə aşkarlanması səhiyyə sisteminin əsas prioritet istiqamətlərindəndir. Qadınlara icbari tibbi sığorta çərçivəsində geniş həcmdə tibbi xidmətlər göstərilir.

2025-ci il ərzində icbari tibbi sığorta hesabına qadınlara ümumilikdə 5 446 216 sayda ginekoloji tibbi xidmət göstərilib. Bu xidmətlər ambulator və stasionar şəraitdə həyata keçirilib və qadınların sağlamlığının qorunmasına, xəstəliklərinin ağırlaşmasının qarşısının alınmasına və keyfiyyətli tibbi yardımın təminatına xidmət edib.

Ötən il ginekoloji əməliyyatların sayı isə 170 770 olub. İlkin tibbi sanitariya yardımı çərçivəsində profilaktik baxışlar və reproduktiv sağlamlığın mühafizəsi, ana ölümü və perinatal xəstəliklərin profilaktikası haqqında əhalinin sanitar mədəniyyətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, tibbi göstərişə əsasən ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, digər diaqnostik prosedurlar vasitəsilə bir sıra xəstəliklər erkən mərhələdə aşkarlanaraq müvafiq müalicəyə cəlb edilib.

Ana və uşaq sağlamlığının qorunması istiqamətində də mühüm nəticələr əldə olunub. İl ərzində icbari tibbi sığorta hesabına 63 572 sayda doğuş və qeysəriyyə əməliyyatı həyata keçirilib. Doğuş zamanı və sonrakı dövrdə qadınlara göstərilən stasionar tibbi xidmətlər, istifadə olunan dərman və tibbi sərf materialları, laborator və instrumental müayinələr, həmçinin zəruri müalicə tədbirləri icbari tibbi sığorta ilə qarşılanıb.

Qadınların sağlamlığının qorunması baxımından şikayətlərin yaranması halında ixtisaslı həkim müayinəsi xüsusi əhəmiyyət daşıyır. İcbari tibbi sığorta hesabına Xidmətlər Zərfi çərçivəsində ginekoloji baxış, kiçik çanaq orqanlarının və süd vəzilərinin ultrasəs müayinəsi, kolposkopiya, histeroskopiya, mammoqrafiya, densitometriya (sümüklərin mineral sıxlığının ölçülməsi),  pap-smear testi, HPV testi, hormonal panel (qalxanabənzər vəzi hormonları, reproduktiv hormonlar), ümumi qan və sidik analizləri, biokimyəvi analizlər (qlükoza, lipid profili və s.), hepatit B və C, sifilis, İİV, TORCH paneli və digər bir çox müayinələr əlçatandır.

Bu müayinələr qadın orqanizmində baş verə biləcək dəyişikliklərin vaxtında aşkarlanmasına, onkoloji və digər xroniki xəstəliklərin erkən diaqnostikasına, reproduktiv sağlamlığın qorunmasına və mümkün ağırlaşmaların qarşısının alınmasına imkan yaradır. Yaşa, irsi meyilliliyə və fərdi risk faktorlarına uyğun olaraq həkim təyinatı ilə müayinələrdən keçmək qadın sağlamlığının uzunmüddətli qorunmasında mühüm rol oynayır.

Qadınların sağlam həyat tərzi seçmələri və şikayətləri olduqda vaxtında həkimə müraciət etmələri tövsiyə olunur.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue