Loading...

İcbari tibbi sığorta çərçivəsində yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırılıb

27.08.2020, 16:02

Bu günlərdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayev və komandası çəkisi 3,5 kiloqram olan yeni doğulmuş körpədə mürəkkəb ürək qüsurunu əməliyyat edərək aradan qaldırıblar. Əməliyyatdan bir həftə sonra körpə evə yazılıb.

Bu barədə AZƏRTAC-a məlumat verən K.Musayev bildirib ki, ürək cərrahiyyəsində rast gəlinən problemlərdən biri də anadangəlmə ürək qüsurlarıdır. Anadangəlmə ürək qüsurlarının müalicəsi cərrahi metodlarla yerinə yetirilir. Onun sözlərinə görə, yenidoğulmuş və çəkisi cəmi 3.5 kiloqram olan Atillanın ailəsi də xəstəxanaya mürəkkəb anadangəlmə ürək qüsuru ilə müraciət edib: "Şikayətləri ciddi göyərmə, qaralma və təngnəfəslik idi. Aparılan müayinələrin nəticəsində körpədə böyük arteriyaların transpozisiyası adlanan mürəkkəb ürək qüsurunun olduğu təsdiqlənib. Yəni, normal anatomiyanın tam tərsinə, ürəyin sağından çıxmalı olan böyük damar - ağciyər arteriyası soldan, ürəyin solundan çıxmalı olan böyük damar - aorta isə sağdan çıxırdı. Eyni zamanda, tac damarlarında da nadir anomaliya mövcud idi. Bütün tac damarları bir mənbədən çıxırdı, elmi dildə buna tək koronar arteriya deyilir. Lazımi hazırlıq proseduralarından sonra körpə təcili əməliyyata götürüldü. Çünki körpənin oksigen saturasiyası 30-40 faizə qədər azalırdı. 5 saat çəkən uğurlu əməliyyatla körpənin ürəyindəki problem aradan qaldırıldı. Jaten əməliyyatı və ya arterial dəyişdirmə əməliyyatı adlandığımız cərrahi prosedura ilə həm böyük damarlar normal yerinə qaytarıldı, həm də tac arteriya normal yerinə reimplantasiya edildi. Əməliyyatdan sonrakı gedişatda xəstəni artıq evə yazdıq. Bu əməliyyatın uğurla həyata keçirilməsində ürək-damar cərrahları ilə yanaşı, uşaq kardioloqları, anesteziloq-reanimatoloqlar, neonatoloqların da rolu var. Onu da qeyd etmək istəyirəm ki, xəstə icbari sığortanın göndərişi ilə bizə yönləndirilmişdi. Ümumiyyətlə, düşünürəm ki, körpələrdə Jaten əməliyyatı kimi mürəkkəb əməliyyatların ölkəmizdə milli kadrlar tərəfindən icra olunması, səhiyyənin və ürək-damar cərrahiyyəsinin inkişafının bariz nümunələrindəndir”.

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların sonrakı ömrünü sağlam davam etdirə bilməsi üçün erkən diaqnostikanın və müdaxilənin çox vacib olduğunu qeyd edən professor bu zaman valideynlərin daha diqqətli olmasının tövsiyə edib: “Bizə çox məlum olmayan səbəblərə görə, ana bətnində inkişafın düzgün getməməsi nəticəsində ürəyin quruluşunda anormallıq əmələ gəlir. Anadangəlmə ürək qüsurları əsasən iki qrupa bölünür: asiyanotik və siyanotik. Ölkəmizdə də ürək qüsuru ilə uşağı doğulan ailələr var və təəssüf ki, bəzən bu problemin həlli olmadığı fikirləşilir. Halbuki, dünyada və Azərbaycanda anadangəlmə ürək qüsurlarının demək olar ki, hamısı korrektiv əməliyyatlarla müalicə oluna bilir. Bu baxımdan valideynlər çox diqqətli olmalı, uşaqlarında ürək qüsuru olduğunu bildirən əlamətləri - göyərmə, tez yorulma, təngnəfəslik, tez-tez ağciyər infeksiyası keçirməni, ümumi inkişafdan geri qalmanı və s. görən kimi həkimə müraciət etməli və uşaqlarını lazımi müayinələrdən keçirməlidirlər”.

Qeyd edək ki, ürək-damar cərrahiyyəsinin bugünkü imkanları ilə cərrahi kömək göstərilə bilinməyən ürək qüsuru çox nadirdir. Xəstələr bu əməliyyatlardan sonra normal həyatlarına davam edirlər.

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri