Loading...

TƏBİB-in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərinə 2020-ci il üçün doktorantura və dissertantura hazırlığı üzrə qəbul keçirilir

20.10.2020, 12:37

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli №493s Sərəncamı ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatlarının 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilmişdir. Qeyd edilən Sərəncam əsasında TƏBİB, tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2020-ci il üçün doktorantura və dissertantura hazırlığı üzrə qəbul elan edilir. 

Aşağıdakı tibb müəssisələri göstərilən vakant yerlərə müsabiqə elan edir:

 

Akad. C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya: Kardiologiya (3218.01) – 4 (büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə dissertanturaya: Kardiologiya (3218.01) – 3 (büdcə hesabına).

Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Fətəli xan Xoyski, 101A, Bakı, Nərimanov, AZ1072

Telefon: (+994 12) 564-49-09, (+994 12) 564-49-72, (+994 12) 564-18-84.

 

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə:

  1. doktoranturaya: Pediatriya (3220.01) – 1 (əyani – büdcə hesabına).
  2. dissertanturaya: Pediatriya (3220.01) – 1 (əyani – büdcə hesabına).

Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Bəsti Bağırova, 17, Bakı, Yasamal, AZ1065

Telefon: (+994 12) 595-30-03, (+994 12) 594-79-25, (+994 12) 596-78-05

 

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə:

  1. doktoranturaya:
  • Cərrahlıq (3213.01) – 1 (qiyabi – ödənişli əsaslarla);
  • Anesteziologiya və reanimatologiya (3231.01) – 1 (qiyabi – büdcə hesabına);
  • Ürək və damar cərrahlığı (3236.01) 1 (qiyabi – ödənişli əsaslarla);
  1. dissertanturaya:
  • Cərrahlıq (3213.01) – 2 (büdcə hesabına).
  • Anesteziologiya və reanimatologiya (3231.01) – 1 (büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə dissertanturaya:

  • Cərrahlıq (3213.01) – 1 (ödənişli əsaslarla).
  • Şüa diaqnostikası (3225.01) – 1 (büdcə hesabına).
  • Ürək və damar cərrahlığı (3236.01) 1 (ödənişli əsaslarla);

Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Abbas Mirzə Şərifzadə 196, Bakı, Yasamal, AZ1122

Tel.: +994 12 432 11 86 ; +994 12 432 18 30 ; +994 12 432 00 84

 

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 2020-ci il üçün doktoranturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Travmatologiya və Ortopediya (3227.01) – 2 (əyani – büdcə hesabına);
  • Travmatologiya və Ortopediya (3227.01) – 1 (qiyabi – büdcə hesabına);

Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Abbas Səhhət, 32, Bakı, Nəsimi, AZ1007

Telefon: (+994 12) 440-53-21, (+994 12) 440-11-75.

 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə:

  1. doktoranturaya: Mamalıq və ginekologiya (3215.01) – 3 (əyani – büdcə hesabına);
  2. dissertanturaya: Mamalıq və ginekologiya (3215.01) – 2 (büdcə hesabına).

Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Kazım Kazımzadə, 118, Bakı, Yasamal, AZ1065

Telefon: (+994 12) 510-09-52, (+994 12) 510-09-51

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzi 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə:

  1. doktoranturaya: Hematologiya və qanköçürmə (3232.01) – 2 (qiyabi – büdcə hesabına);
  2. dissertanturaya: Hematologiya və qanköçürmə (3232.01) – 6 (büdcə hesabına);

Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Mirəli Qaşqay, 87, Bakı, AZ1007.

Tel.:  (012) 440 53 18

 

Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu 2020-ci il üçün dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya: Yoluxucu xəstəliklər (3221.01) – 1 (ödənişli əsaslarla)

Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Cəfər Cabbarlı, 37, Bakı, Yasamal, AZ1065

Telefon: (+994 12) 594-73-45, (+994 12) 594-69-31, (+994 12) 440-51-27.

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2020-ci il  üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə:

  1. doktoranturaya:
  • Mikrobiologiya (2414.01) – 1 (qiyabi – büdcə hesabına);
  • Ftiziatriya (3228.01) 1 (qiyabi – büdcə hesabına);
  • Pulmonologiya (3235.01) – 1 (qiyabi – büdcə hesabına);
  1. dissertanturaya:
  • Mikrobiologiya (2414.01) – 1 (büdcə hesabına);
  • Ftiziatriya (3228.01) 1 (büdcə hesabına);
  • Pulmonologiya (3235.01) – 1 (büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə doktoranturaya: Ftiziatriya (3228.01) - 1 (qiyabi - büdcə hesabına);

Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Məmmədəli Şərifli, 161, Bakı, Nizami, AZ1118

Telefon: (+994 12) 421-20-73, (+994 12) 421-44-98, (+994 12) 421-21-71.

 

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə:

  1. doktoranturaya:
  • Sinir xəstəlikləri (3223.01) - 1 (əyani – büdcə hesabına);
  • Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (əyani – büdcə hesabına);
  1. dissertanturaya: Daxili xəstəliklər (3205.01) - 1 (büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə dissertanturaya:

  • Sinir xəstəlikləri (3223.01) - 1 (büdcə hesabına);
  • Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (büdcə hesabına);

Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Xətai, 9, Bakı, Nərimanov, AZ1008

Telefon: (+994 12) 496-07-06, (+994 12) 496-07-40.

Qeyd: Müsabiqədə iştirak etmək istəyənlər elan dərc olunduğu gündən 30 gün ərzində aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

  • ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Son xəbərlər

Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri