Loading...

Tibb müəssisələrinin akkreditasiyası qaydası təsdiqlənib

11.11.2020, 14:40

Nazirlər Kabineti “Tibb müəssisələrinin akkreditasiyası Qaydası” təsdiq edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla, tibb müəssisələrinin akkreditasiyasına dair tələbləri üç ay müddətində müəyyən edəcək. Qaydalar əhalinin müayinə və müalicə üçün yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisələrini seçmək hüququnu təmin etmək məqsədini daşıyır.

Akkreditasiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçirilir. Komissiyanın tərkibi tabeliyindən asılı olaraq qurumların rəhbərləri tərəfindən təsdiq edilir.

Akkreditasiyanın keçirilməsi Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edilmiş normativ aktların tələbləri əsasında həyata keçirilməsi nəzərdə tutulur. Həmin aktların hazırlanması layihənin Qərar hissəsində tapşırılır.

Həmçinin layihənin qəbul edilməsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsinə əsas yaradacaq.

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri