Yoluxucu Xəstəliklərin Epidemiologiyası üzrə Avropa Elmi Konfransı keçiriləcək
20.11.2020, 15:50
24-27 noyabr 2020-ci il tarixlərində Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin təşkilatçılığı ilə Yoluxucu Xəstəliklərin Epidemiologiyası üzrə Avropa Elmi Konfransı (European Scientific Conference on Applied Infectious Disease Epidemiology (ESCAIDE)) keçiriləcək.
Konfrans yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə qlobal müzakirəyə qoşulmaq, bu sahədə tanınmış mütəxəssisləri dinləmək, ən uğurlu təcrübələri öyrənmək, yeniliklərdən, bu sahədə aparılan tədqiqatlardan xəbərdar olmaq imkanı yaradacaq.
Konfrans epidemioloqlar, infeksionistlər, mikrobioloqlar, klinik həkimlər, ictimai səhiyyə işçiləri, statistiklər, sosial elm işçiləri və bu sahəyə maraq göstərən digər mütəxəssislər üçün nəzərdə tutulub.
İngilis dilində baş tutacaq elmi konfransda iştirak ödənişsizdir. Onlayn konfransda iştirak etmək üçün 23 noyabr tarixinədək qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat üçün keçid:
https://www.escaide.eu/en/registration
Qeydiyyatdan keçdikdən sonra:
- E-poçt ünvanına dərhal təsdiq məktubu gələcəkdir
- Növbəti gün isə tədbir platformasına (Swapcard) keçid göndəriləcəkdir; bu keçidə daxil olub şifrə/parol yaratmaq lazımdr.
- Növbəti addımlarla bağlı məlumat təlimatda təqdim olunur.
Konfransın proqramı
Konfrans haqqında ətraflı məlumat üçün keçid:
https://www.escaide.eu/en
Son xəbərlər
Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu