Loading...

“Tibbi Koreya Akademiyası” adlı onlayn klinik təlim proqramı keçiriləcək

27.11.2020, 12:27

Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutu (KHIDI – Korea Health Industry Development Institute) 13-31 dekabr 2020-ci il tarixlərində “Tibbi Koreya Akademiyası” (MKA – Medical Korea Academy) adlı onlayn klinik təlim proqramı keçirəcək.

Təlim proqramı klinik fəaliyyətlə məşğul olan tibb işçiləri, səhiyyədə informasiya və kommunikasiya texnologiyaları üzrə çalışan tibb və qeyri-tibb mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

Təlim proqramına qeydiyyat ödənişsizdir.

Təlim proqramında iştirak etmək üçün anketin doldurularaq imzalanmış və skan edilmiş formasının 4 dekabr 2020-ci il tarixinə qədər qeyd olunan hər iki e-poçt ünvanına göndərilməsi tələb olunur: mkaglobal@khidi.or.kr;  shasanova@its.gov.az

Anketi doldurarkən iştirak etmək istədiyiniz bir və ya bir neçə kursu seçə bilərsiniz.

Təlim ingilis dilində keçiriləcək.

Təlim proqramı aşağıdakı kurslardan ibarətdir:

Cərrahi bacarıqlar üzrə 3 kurs:
1.    Hepatobiliar və mədəaltı vəz cərrahiyyəsi 
2.    Qastrointestinal cərrahiyyə
3.    Kolorektal cərrahiyyə

Daxili xəstəliklər üzrə 3 kurs:
4.    Endoskopiya bacarıqları
5.    Exokardioqrafiya bacarıqları
6.    İnfeksiyaya nəzarət bacarıqları
7.    Səhiyyədə informasiya və kommunikasiya texnologiyaları üzrə kurs

Kurs aşağıdakı mövzuları əhatə edəcək:
•    Səhiyyədə informasiya və kommunikasiya texnologiyaları (İKT)
•    Elektron tibbi qeydiyyat sistemi
•    Səhiyyədə böyük məlumat bazası (Big Data) və süni intellekt (AI)
•    Səhiyyədə IoT və 5G sisteminin tətbiqi
•    Dəqiq təbabət təşəbbüsü (PMI - Precision Medicine Initiative)

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar SERTİFİKATLA təmin olunacaq.

Kursda iştirak üçün müraciətiniz təsdiq olunduğu təqdirdə sizə KHIDI tərəfindən elektron dərslərə qoşulmaq üçün link göndəriləcək.

Son xəbərlər

Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri