COVID-19-a qarşı peyvəndləmə üzrə səhiyyə işçiləri üçün təlim kursu keçirilir
08.01.2021, 09:52
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in birgə təşkilatçılığı ilə səhiyyə işçiləri üçün yeni növ koronavirusa qarşı peyvəndləmə üzrə təlim keçirilir. Virtual formatda təqdim edilən təlim günün bütün saatlarında aktivdir.
ÜST-ün ekspertlərinin iştirak etdiyi təlimin təşkilində məqsəd COVID-19-a qarşı peyvəndləmənin həyata keçirilməsində iştirak edən bütün səhiyyə işçilərinin peyvəndləməni təhlükəsiz və səmərəli həyata keçirmələrini təmin etməkdir.
6 moduldan ibarət təlim kursuna video mühazirələr, viktorinalar, köməkçi materiallar, interaktiv çalışmalar və yüklənə biləcək təqdimatlar daxildir.
Təlim üçün nəzərdə tutulan təqdimatlar aşağıdakı mövzuları əhatə edir:
- Patogen (SARS-CoV-2) və koronavirus xəstəliyinin (COVID-19) təsviri;
- Peyvəndin saxlanması və istifadə olunması, soyuq zəncir və tullantıların ləğv edilməsi prosedurları;
- COVID-19 peyvəndinin tətbiqi və peyvəndləmə prosesində infeksiyanın qarşının alınması və nəzarət tədbirləri;
- COVID-19 peyvəndləmə ilə bağlı yanaşı təsirlər və onlarla bağlı məlumatın ötürülməsi;
- Qeydiyyat formaları və imtina edənlərin qeydiyyatı;
- COVID-19 peyvəndi ilə bağlı effektiv və fərdi kommunikasiya.
İngilis dilində təqdim edilən təlim kurslarında iştirak etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Təlimdə iştirak ödənişsizdir.
QEYDİYYATDAN KEÇİN
Kursun sonunda test nəticələri 80%-dən yüksək olan iştirakçılara sertifikat təqdim ediləcək.
Son xəbərlər
Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu