12 Sentyabr 2019 10:17
Avqust ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 250 vətəndaş müraciəti daxil olub
2019-cu ilin avqust ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 250 müraciət daxil olub. Onların 99-u ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 151-i isə telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.
Agentliyə daxil olan müraciətlərin 62-si müayinə, müalicə və cərrahi əməliyyatlar, 33-ü əlillik məsələləri, 52-si icbari tibbi sığortanın tətbiqi və sığorta haqları, 21-i işə qəbul və əmək münasibətləri, 26-sı ambulator dərman təminatı, 16-sı göndərişlərin verilməsi, 5-i tibbi xidmətlərlə bağlı ödənişlər və 35-i isə digər mövzular ilə bağlı olub.
Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Belə ki, onların 9,6%-i həll edilib, 73,6%-nə müvafiq izahat verilib, 14,8%-i icradadır, 0,4%-i baxılmamış saxlanılıb, 1,6%-i isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.
Qəbul qrafikinə uyğun olaraq avqust ayında Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 18 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman vasitələri və işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin 16,7%-i həll edilib, 83,3%-nə isə müvafiq izahat verilib.
Xəbərlər
Dövlət tibb müəssisələrinin rəhbər heyəti Ankara Universitetində təlimdə iştirak ediblər
09 İyun 2023 15:00
Özbəkistan ölkəmizin icbari tibbi sığorta ilə bağlı təcrübəsini öyrənib
02 İyun 2023 12:00
Zaur Əliyev Qəbələ rayonunda vətəndaşları qəbul edib
26 May 2023 17:30
Agentliyin əməkdaşları böhran vəziyyətləri barədə məlumatlandırılıb
19 May 2023 14:00
Uşaqların profilaktik müayinələri icbari tibbi sığorta ilə təminata alınıb
19 May 2023 10:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin qiymətləndirilməsinin nəticələrini açıqlayıb
18 May 2023 10:06
ADA ilə əməkdaşlıq çərçivəsində “Potensialın Gücləndirilməsi Proqramı” məzunlarının təltifetmə mərasimi baş tutub
15 May 2023 16:14
ÜST tərəfindən yerli səhiyyə qurumları ilə əməkdaşlıqda Şamaxı rayonunda ilkin səhiyyə xidmətləri üzrə görülmüş işlərə baxış keçirilib
12 May 2023 14:38
Bakıdan dəvət olunmuş ixtisaslı həkimlər Lənkəranda uşaqları tibbi müayinə ediblər
12 May 2023 11:40
Agentlik “İnformasiya texnologiyaları sahəsi üzrə Könüllü Proqramı” elan edir
11 May 2023 15:14