23 Noyabr 2020 15:32
Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişiklik edilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Məlumat üçün bildirək ki, Qaydaya əsasən tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, aylıq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
Dəyişikliyə əsasən tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 9 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib.
Bununla yanaşı, bir sıra ixtisaslar/vəzifələr üzrə sabit həvəsləndirici əlavələrin məbləği tibb müəssisələrinin fəaliyyət göstəricisindən asılı olaraq müəyyənləşdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünüb (Cədvəl 1).
Cədvəl 1
№ | İxtisasın/vəzifənin adı | Həkimlərin əməkhaqlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələrin məbləği | |
1 | Tibbi şöbələrin (bölmələrin) müdirləri (həkim-stomatoloqlar istisna olmaqla) | 100,00 manat | |
2 | Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla) | 200,00 manat | |
3 | Provizor vəzifəsi üzrə çalışan həkimlər | 260,00 manat | |
4 | Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər | 300,00 manat | |
5 | Hemodializ şöbəsinin həkimləri | 360,00 manat | |
6 | Uşaq nevroloji sanatoriyasının həkimləri (psixoloq və loqoped istisna olmaqla) | 200,00 manat | |
7 | Həkim-dietoloq ixtisası üzrə çalışan həkimlər | 200,00 manat | |
8 | Həkim-patoloq-anatom | 200,00 manat | |
9 | Həkim-ftiziatr | 300,00 manat | |
10 | Həkim-hematoloq | 300,00 manat | |
11 | Həkim-laborant ixtisası üzrə çalışan həkimlər | 1-ci qrup tibb müəssisələri | 240,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri | 340,00 manat | ||
12 | Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər | 1-ci qrup tibb müəssisələri | 240,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri | 340,00 manat | ||
13 | “Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim | 480,00 manat | |
14 | Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər | ||
Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq | |||
15 | Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim | 1-ci qrup tibb müəssisələri | 370,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri | 570,00 manat | ||
16 | Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri | 2 və 3-cü qrup tibb müəssisələri | 910,00 manat |
*Bundan əlavə, həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. |
Cədvəl 1-in 6-cı, 9-cu və 14-cü bəndləri istisna olmaqla, digər bəndlər 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir. 9-cu bənd 01 yanvar 2020-ci il tarixindən, 6-cı və 14-cü bənd isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.
Aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.
Reanimasiya ilə yanaşı, yeni dəyişikliyə görə intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.
Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq aylıq sabit əlavələr şəklində təyin olunur. Dəyişikliyə əsasən iki vəzifə üzrə aylıq sabit əlavələr tibb müəssisələrinin təsnifat qrupuna əsasən müəyyənləşdirilib. Belə ki, Qaydanın 19.1-ci bəndi üzrə 6-cı və 9-cu sətirlərə Cədvəl 2-dəki dəyişikliklər edilib. Qərara əsasən bu dəyişikliklər 01 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.
Cədvəl 2
№ | Struktur vahidin/vəzifənin adı | Sabit əlavələrin məbləği | |
6 | Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışan orta tibb işçisi | 1-ci qrup tibb müəssisələri | 350,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri |
790,00 manat | ||
9 | Baş təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışan kiçik tibb işçisi | 1-ci qrup tibb müəssisələri | 150,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri | 210,00 manat |
Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib (Qaydanın 16-4-cü bəndi). Tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir. Qərarda qeyd edilən bütün digər bəndlər isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.
Qaydaya edilən dəyişikliklərlə bağlı daha ətraflı buradan tanış ola bilərsiniz.
Xəbərlər
Tibb bacıları üçün “İnfeksiyaya nəzarət və profilaktikanın təşkili” mövzusunda təlimlərə başlanılıb
22 Yanvar 2021 11:30
Bərdə və Ağdam kənd tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir
19 Yanvar 2021 16:30
Ötən il icbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib
19 Yanvar 2021 10:33
Dövlət qurumlarının rəhbər şəxsləri koronavirusa qarşı peyvənd olunublar
18 Yanvar 2021 12:25
“Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib
15 Yanvar 2021 16:53
Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə noyabr ayı üzrə 28 500 manat müddətli əlavə və mükafat ödənilib
13 Yanvar 2021 16:28
Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə noyabr ayı üzrə 20 milyon manat müddətli əlavə ödəyib
13 Yanvar 2021 10:11
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Lənkəran rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olub
12 Yanvar 2021 14:29
Zaur Əliyev “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub
30 Dekabr 2020 13:34
Gələn ildən hər kəsin ailə həkimi olacaq
28 Dekabr 2020 11:18