Loading...

Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək

25.02.2025, 17:26

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 14 mart 2025-ci il tarixində Abşeron və Zəngilan rayon sakinlərini qəbul edəcək.

Qəbul Abşeron rayonu, Bakı-Quba-Rusiya yolu, şərqi 8-ci kilometr ünvanında yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Abşeron və Zəngilan rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də Agentliyin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2108) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Qəbula qeydiyyat 13 mart 2025-ci il, saat 17:00-da başa çatır. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər

Son xəbərlər

Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edəcək
03.02.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdə şəhərində vətəndaşları qəbul edəcək
07.01.2025
Ətraflı oxu
Zaur Əliyev Masallıda vətəndaşları qəbul edəcək
06.12.2024
Ətraflı oxu
Zaur Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
01.11.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
30.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04.09.2024
Ətraflı oxu
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək
31.07.2024
Ətraflı oxu
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15.07.2024
Ətraflı oxu
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04.07.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri