Loading...

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrinin heyətinə maliyyə üzrə təlim keçirilib

10.08.2021, 17:13

Avqustun 10-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Maliyyə departamenti tərəfindən Şəki rayonunda ölkənin şimal-qərb bölgəsinin xəstəxanalarının maliyyə, sığorta, insan resursları və digər inzibati, idarəetmə sahələri üzrə çalışan əməkdaşlar üçün maliyyə hesabatları və mühasibatlığa dair təlimlər keçirilib.

Şəki Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan “İcbari tibbi sığorta əlavəsi və bonusların hesablanma qaydası” və “İllik maliyyə hesabatlarının tərtib olunması qaydası” adlı təlimlərə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayon mərkəzi xəstəxanalarının və Zaqatala, Qəbələ müalicə-diaqnostika mərkəzlərinin müvafiq işçi heyəti cəlb olunub.

Təlimlərin keçirilməsində məqsəd regionlarda icbari tibbi sığortanın tətbiq olunduğu xəstəxanaların əməkdaşlarına icbari tibbi sığorta əlavəsi, bonusların hesablanma qaydası və illik maliyyə hesabatlarının tərtib olunmasına dair təlimatın verilməsini həyata keçirməkdir.

Qeyd edək ki, “İcbari tibbi sığorta əlavəsi və bonusların hesablanma qaydası” adlı birinci təlimdə Agentliyin Maliyyə departamentinin məsul əməkdaşları Yadigar Mahmudzadə və Fidan Əliyeva ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanın tətbiqinə dair təqdimatla çıxış ediblər. Təlimdə iştirakçılara Qaydaya edilən dəyişikliklər, sabit həvəsləndirici və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin hesablanması barəsində geniş məlumat verilib.

Daha sonra isə “İllik maliyyə hesabatlarının tərtib olunması qaydası” adlı növbəti təlimdə Agentliyin Maliyyə departamentinin məsul əməkdaşları Emil Əhmədov, Hüseyn Qəhrəmanov və Nisə Qurbanlı mühasibat uçotunun və maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun aparılması qaydaları, həmçinin mühasibatlıq biliklərinə dair təqdimatı iştirakçıların diqqətinə çatdırıblar.

Hər iki təlimin sonunda Agentlik əməkdaşları tərəfindən tədbir iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb.

Nəzərə çatdıraq ki, sözügedən təlimlər bu həftə ərzində Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Samux, Göygöl, Goranboy, Şəmkir, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Xocalı, Ağstafa, Qazax və Tovuz rayon mərkəzi xəstəxanalarının və Qazax, Tovuz müalicə-diaqnostika mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Gəncə şəhərində və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Naftalan, Ağdaş, Yevlax, Göyçay və Ucar rayon mərkəzi xəstəxanalarının əməkdaşlarının iştirakı ilə Mingəçevir şəhərində keçiriləcəkdir. Eyni zamanda Agentlik tərəfindən növbəti mərhələdə bu tədbirlərin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxil olmaqla ölkənin bir sıra bölgələrində təşkil olunması planlaşdırılır.

Agentlik gələcəkdə də icbari tibbi sığortanın tətbiq olunduğu tibb  müəssisələrinin maliyyə sahəsi üzrə əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə silsilə tədbirlərini davam etdirəcəkdir.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri