Loading...

Uşaqlarda anadangəlmə ürək qüsurları ödənişsiz aradan qaldırılır

22.01.2024, 10:54

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair müqavilə imzalanıb.

Açıq tender nəticəsində bağlanmış satınalma müqaviləsinə əsasən uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması, punksiyası və çıxarılması, ağciyər arteriyasından çıxan sol və sağ tac damarların reimplantasiyası, daralmış aorta damarına minimal invaziv yolla balonun tətbiqi, qulaqcıqarası, mədəcikarası çəpər defektlərinin protezlə bərpası, kəskin ürək çatışmazlığında qanın oksigenlə zənginləşdirilməsi və digər tibbi prosedurlar daxildir.

Əməliyyat üçün tətbiq olunan qayda

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar tibb müəssisələri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasının uşaq kardioloji şöbəsinə yönləndirilməlidir. Şöbədə aparılan müayinələrdən sonra son diaqnoz qoyulur və əməliyyat üçün tibbi göstəriş olduğu təqdirdə Bona Dea Hospitalına göndəriş verilir.

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlara təcili cərrahi müdaxilə tələb olunarsa uşaq və onun qanuni nümayəndəsininRespublika Uşaq Klinik Xəstəxanasına yönləndirilməsinə ehtiyac yoxdur. Təcili tibbi yardım tələb olunan hallarda yenidoğulmuşun vəziyyəti və transportabelliyi nəzərə alınaraq küvəzlə təmin olunmuş reanimobildə neonatoloq və tibb bacısının (mama) müşayiəti ilə uşaq əməliyyat üçün birbaşa Bona Dea Hospitalına çatdırılmalıdır. Bu halda tibb müəssisəsi tərəfindən son diaqnozun qoyulması və yekun icra olunacaq əməliyyatın təyinatı üçün Agentliyin məsul şöbəsinə bu barədə elektron sorğu göndərilməli və razılıq alınmalıdır.

Qeyd edək ki, anadangəlmə ürək qüsurlarının cərrahi əməliyyatla aradan qaldırılması həmçinin Agentliklə müqaviləsi olan digər özəl tibb müəssisələrində də icbari tibbi sığortanın Xidmətlər Zərfi hesabına göndəriş əsasında həyata keçirilir. Bona Dea Hospitalında müqavilə əsasında icra olunacaq cərrahi əməliyyatın cəmi 6-sı Xidmətlər Zərfinə daxil deyil. Buna baxmayaraq patologiyaların vaxtında aşkarlanması və cərrahi müdaxilə həyati təhlükəli vəziyyətlərin qarşısını aldığı üçün anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar sözügedən kardioloji əməliyyatlardan ödənişsiz faydalana bilərlər.

Xidmətlərin adı

1

Aortal qapağının açıq ürək valvuloplastikası, dəyişdirilmə aparılmadan

2

Mitral qapağın  açıq ürək valvuloplastikası, dəyişdirilmə aparılmadan

3

Pulmonar qapağın açıq ürək valvuloplastikası, dəyişdirilmə aparılmadan

4

Trikuspidal qapağın açıq ürək valvuloplastikası, dəyişdirilmə aparılmadan

5

Aortal qapağın açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi

6

Aortal qapağının açıq və digər yolla dəyişdirilməsi

7

Mitral qapağın açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi

8

Mitral qapağın açıq və digər yolla dəyişdirilməsi

9

Pulmonar qapağın  açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi

10

Pulmonar qapağın  açıq və digər yolla dəyişdirilməsi

11

Trikuspidal qapağın açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi

12

Trikuspidal qapağın  açıq və digər yolla dəyişdirilməsi

13

Məməyəbənzər əzələdə aparılan əməliyyatlar

14

Annuloplastika

15

İnfundibulektomiya

16

Ürək qapaqları ilə yanaşı  digər strukturlarda aparılan əməliyyatlar (Valsalva sinusun (anevrizmanın) bərpası)

17

Ürəkdə çəpər defektinin yaradılması

18

Qulaqcıqarası çəpər defektinin protezlə bərpası, açıq texnika

19

Qulaqcıqarası çəpər defektinin protezlə bərpası, qapalı texnika

20

Mədəcikarası çəpər defektinin protezlə bərpası, açıq texnika

21

Atrioventrikulyar çəpər defektinin (qüsurun) tam formasının protezlə bərpası

22

Mədəcikarası çəpər defektinin protezlə bərpası, qapalı texnika

23

Persistent atrio-ventrikukyar kanal defektinin toxuma qrefti ilə bərpası

24

Ürəyin korreksiya prosedurasının reviziyası (Borulu protez ürək qapağının dəyişdirilməsi. Çəpərin və (ya) qapağın təkrar tikilməsi)

25

Perkutan balon valvuloplastikası

26

Perikardiotomiya

27

Perikardiektomiya

28

Kardiomiostimulyasiya sisteminin implantasiyası

29

Daimi kardiostimulyatorun taxılması, ilkin və ya dəyişdirilməsi, cihazın növü müəyyən edilməyib

30

Sistem–ağciyər arteriya şuntu (B-T şunt)

31

Boş vena –ağciyər arteriyası  anastomozu  (Glenn)

32

Aorta-körpücükaltı-karotid “bypass” (şunt)

33

Müayinə məqsədilə (diaqnostik) torakotomiya (Eksplorativ sternotomiya)

34

Açıq arterial axacağın (PDA) cərrahi bağlanması (liqasiyası)

35

Açıq arterial axacağın (PDA) invaziv yolla bağlanması

36

Aorta koarktasiyasının cərrahi yolla ləğvi

37

Pulmonar arteriya banding əməliyyatı

38

Ross əməliyyatı

39

Aorto-pulmonar pəncərə defektinin cərrahi yolla ləğvi

40

Açıq ürək cərrahiyyəsinə köməkçi ekstrakorporal sirkulyasiya (ekstrakorporal sirkulyasiya olmadan nəzərdə tutulmuş hallar üçün)

41

Ekstrakorporal membran oksigenasiyası [ECMO - EKMO]

42

Percutan kardiopulmonar “bypass” (perkutan kardiopulmonar “bypass" olmadan nəzərdə tutulmuş hallar üçün)

43

Aorta koarktasiyasının invaziv yolla balon angioplastikası

44

Ürək damarlarında aparılan digər əməliyyatlar (ALCAPA və ya ARCAPA qüsurunun total korreksiyası əməliyyatı)

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri