Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

2023-cü il ərzində əhalinin 52%-i icbari tibbi sığortadan yararlanıb

06.02.2024, 10:30

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2023-cü il ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edir.

Qeyd olunan zaman ərzində dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs 22.3 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 52%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 70.2 milyon olub. Tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i stasionar şəraitdə göstərilib.

2023-cü il ərzində ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyini təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Sabunçu Tibb Mərkəzi.

Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri gəlir.

Müqaviləli tibb müəssisələrində göstərilən xidmətlər

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara 300 137 göndəriş verilib.

2023-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 155 361 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 2 857-si uşaqlara, 152 504-ü isə böyüklərə göstərilib.

Sözügedən əməliyyat və prosedurlardan:

  • 43 650-ni ürək-damar;

  • 38 115-ni oftalmoloji;

  • 31 097-ni invaziv radiologiya xidmətləri təşkil edib.

Məlumat üçün bildirək ki, ötən ilin avqust ayında Xidmətlər Zərfinə qaraciyər, böyrək və sümük iliyi transplantasiyası xidmətləri daxil edilib. Qeyd edilən əməliyyatlar üzrə 5 aylıq göstərici 37 təşkil edir.

Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı ötən ilin yanvar-dekabr ayları üzrə davam edir.

 

Son xəbərlər

Onkohematoloji xəstəliklərin diaqnostikası icbari tibbi sığorta hesabına həyata keçirilir
01.12.2025
Ətraflı oxu arrow-right-blue
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub
28.11.2025
Ətraflı oxu arrow-right-blue
“İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili” mövzusunda təlim keçirilib
27.11.2025
Ətraflı oxu arrow-right-blue
Sümük iliyi transplantasiyası onkoloji xəstələrin müalicə imkanlarını genişləndirir
21.11.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Göygöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue