Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib

05.03.2024, 11:55

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi vətəndaşlar üçün elektronlaşdırılıb.

3 vasitə ilə müqaviləli tibb müəssisələri arasından seçim etmək mümkündür:

1. İcbari tibbi sığorta hesabına dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında almaq üçün e-Tabib” mobil tətbiqi üzərindən seçim etmək mümkün olacaq.

Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndəriləcək. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunacaq. SMS-i aldıqdan sonra vətəndaş “e-Tabib” mobil tətbiqinin “Göndərişlər” bölməsindən tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı) ilə tanış olacaq. Daha sonra vətəndaş siyahıdan seçim edib “Təsdiqlə” düyməsini sıxmalıdır. Seçimi təsdiq etdikdən sonra mobil tətbiq üzərindən xəstəxananı dəyişmək mümkün olmayacaq. Müqaviləli tibb müəssisəsi göndərişi təsdiq etdikdə mobil tətbiqdə göndərişin statusu dəyişiləcək. İmtina gəldikdə vətəndaş xəstəxanalar siyahısından təkrar seçim edə bilər.

Göndəriş təsdiqləndikdən sonra 10 iş günü müddətində müqaviləli tibb müəssisəsinə müraciət etmədikdə göndəriş ləğv olunacaq. Müqaviləli tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş şəxsiyyət vəsiqəsini və göndərişin nömrəsini təqdim etməlidir.

2. Yaxud da SMS-lə birdəfəlik kod aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən göndəriş vərəqəsinin üzərindəki QR kodu oxutmaqla şəxs tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olacaq. Bu zaman vətəndaş müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirməli və tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını xəstəxana ilə əlaqə saxlayaraq əvvəlcədən dəqiqləşdirməlidir. 

3. Digər bir vasitə isə vətəndaşın SMS-lə birdəfəlik kod aldıqdan sonra müqaviləli tibb müəssisələri (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə Agentliyin saytından tanış olaraq müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirməsidir. Bu zaman tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.

Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edilmədikdə imtinanın verilmə səbəbi haqqında vətəndaşa SMS bildiriş göndərilir.

Hər hansısa sual yaranarsa vətəndaş Agentliyin “1542” Çağrı mərkəzinin göndərişlərin verilməsi ilə bağlı xəttinə (1542-3) zəng vurub məlumat əldə edə bilər.

Qeyd edək ki, Agentliyin müqaviləsi olan özəl tibb müəssisələrindən bir qismi elektronlaşma  prosesinə qoşulub. Tədricən digər tibb müəssisələrinin də sistemə inteqrasiyası həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, bundan əvvəl Agentlik tərəfindən təsdiq edildikdən sonra göndəriş vərəqəsini götürmək üçün vətəndaş yenidən dövlət tibb müəssisəsinə yaxınlaşmalı olurdu. Bu isə əlavə vaxt itkisinə və səhhətində problem olan vətəndaş üçün çətinlik yaradırdı. Tətbiq edilən bu yenilik vətəndaşların rahatlığına, tibbi xidmətlərə əlçatanlığa və şəffaflığın təmin olunmasına xidmət edir.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue