Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub

24.06.2024, 10:52

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 540 dalağın çıxarılması (splenektomiya) əməliyyatı icra olunub. Əməliyyatların 530-u dalağın tam, 10-u hissəvi çıxarılması ilə bağlı icra olunub.

Splenektomiya əməliyyatı əsasən qarın boşluğunda açılan kəsiklə aparılır. Əməliyyat həmçinin laparoskopik üsulla da icra olunur. Hər iki üsulla aparılan əməliyyat icbari tibbi sığorta ilə qarşılanır.

Dalaq xəstəliyinin diaqnostikası üçün və əməliyyatdan əvvəl zəruri olan USM, rentqenoqrafiya, KT, MRT, biopsiya, laborator və instrumental müayinələr icbari tibbi sığorta ilə həyata keçirilir.

Abdominal travmalar nəticəsində orqanın anatomik struktur bütövlüyünün pozulması, dalağın dağılması, dalaq arteriyasının anevrizması kimi patoloji proseslərin ağırlaşması, xoş və bədxassəli şişlər, dalağın absesi, parazitar və qeyri-parazitar kistalar əməliyyat  üçün göstəriş sayılır. Bundan başqa yuxarı mədə bağırsaq sistemi qanaxması ilə müşayiət olunan dalaq venasının trombozu, Verlqof xəstəliyində (trombositlərin miqdarının azalması ilə müşayiət olunan xronik autoimmun xəstəlik) terapevtik müalicənin nəticə verməməsi, autoimmun və qan xəstəlikləri fonunda dalağın patoloji genişlənməsi zamanı splenektomiya təyin olunur.

Qeyd edək ki, dalaq sol qabırğanın altında, mədənin solunda yerləşən qanyaradıcı və immun sistemini müdafiə edən vacib orqandır. Sağlam dalaq bütün orqanizmin işinə cavabdeh olan bir sıra funksiyaları yerinə yetirir. Dalaq qan hüceyrələrinin və onların komponentlərinin yaranmasında iştirak edərək filtr funksiyanı yerinə yetirdiyi üçün insan orqanizminə daxil olan bakteriya və virusları təmizləmiş olur. Dalağı götürülmüş insanların müxtəlif infeksiyaların səbəb olduğu pnevmoniya, meningit və digər infeksion xəstəliklərə həssaslığı artır. Bu səbəbdən dalağı çıxarılan insanlara planlı əməliyyatdan bir neçə həftə əvvəl, təcili əməliyyatlarda isə 3 həftə sonra meninqokok, pnevmokok və digər infeksiyalara qarşı peyvənd olunmaları tövsiyə olunur.

Qeyd edək ki, splenektomiya icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində icra olunur.

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue